Noyabr ayında Volvo yük maşınının satışı ötən il ilə müqayisədə 31% artıb. Avtomobil istehsalçısı beş yeni model təqdim etməklə bazarda geniş miqyaslı yenilənmə etdi. Bu modellər Volvo FH , Volvo FM, Volvo FMX , Volvo FE və Volvo FL avtomobilləridir.
Avropaya təkcə noyabr ayında 5323 avtomobil təslim edildi. Bu isə 2012-ci ilin noyabr ayı ilə müqayisədə 39 % çoxdur. Şimali Amerikada isə satış 17 % artımla müşahidə olunur. Cənubi Amerikada 2689 yük maşını satılıb.
Bu isə 57% artım deməkdir. Bütün dünyada cəmi bir ay müddətində 12332 Volvo yük avtomobilləri satılıb. Buna səbəb isə satış artımına güclü təsir göstərən reklam çarxları oldu. Şirkətin ən yadda qalan reklam çarxı 90-cı illərin ulduz döyüşçüsü "Jean- Claude Van Damme"nin iştirak etdiyi reklam çarxı oldu. Reklam çarxında Amerika aktyoru paralel hərəkət edən yük avtomobilləri üzərində məhşur şpaqatını nümayiş etdirdi.