Facebook sosial şəbəkəsi bu həftənin sonunadək bir reklam çarxı təqdim edəcək. Bu reklam çarxı istifadəçi xəbəri açan zaman avtomatik olaraq başlayacaq. “The Wall Street” jurnalı öz mənbələrinə istinadən məlumat verib.
Qəzetin verdiyi məlumata görə, "Facebook" sosial şəbəkəsi çərşənbə axşamı günü yeniliyi elan edəcək lakin reklam çarxını cümə axşamı günü başladacaq. “Sosial şəbəkə yalnız ABŞ-da bir il ərzində 66,4 milyard dollar dəyərində qiymətləndirilən televiziya reklam bazarından pay əldə edə bilər. Yəqin ki. bu bəzi istifadəçiləri qorxudacaq”-WSJ yazır.