Dünyanın ən böyük otellər şəbəkəsi Hilton Worldwide otel sektoru tarixində ən böyük səhmlərin ilkin kütləvi təklifini (İPO) reallaşdırıb. 117,6 milyon səhminin hər birini 20 dollardan qiymətləndirən Hilton, ilk kütləvi təklif ərzində 2,35 milyard dollar qazanc əldə edib.
İPO-ya başlanarkən 112,8 milyon səhm satılması və qiymətin 18-21 dollar aralığında olması gözlənilirdi. Sərmayə şirkəti “Blackstone Groupa” aid Hiltonun səhmləri “HLT” simvolu ilə Nyu-York Birjasında icra olunmağa başlanıb.