30 noyabr tarixində saat 22.00-da AzTV kanalında “AtaHolding” ASC-nin 10 il və “AtaBank” ASC-nin 20 illik yubileyinə həsr edilmiş “Что, Где, Когда” oyunu keçiriləcək. Oyunda “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları teletamaşaçılar komandasında iştirak edəcəklər.



Kapitanı “AtaBank” ASC İdarə Heyətinin sədr müavini Etibar Babaşlı olan teletamaşaçılar komandasında “AtaHolding” ASC Maliyyə və Büdcə şöbəsinin baş mütəxəssisi Fazil Axundov, Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova, “AtaBank” ASC Bank kartları və Elektron xidmətlər Departamentinin direktoru Teymur Axundov, Kommunikasiya şöbəsinin Aparıcı mütəxəssisi Oruc İbrahimov, İnsan Resursları Departamentinin mütəxəsisi Ülviyyə Məhərrəmova, Şirvan filialı kredit şöbəsinin rəisi Kainat Məmmədov, “AtaSığorta” ASC Ümumi Sığorta şöbəsinin rəisi Nərgiz Mustafayeva, “AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev, “Excelsior Hotel Baku” otelinin Satış və marketinq üzrə mütəxəssisi Murad Əsədov, trener Nailə Canaşvili və “AtaTexnologiya” Layihə şöbəsinin rəisi Cahangir Qənizadə oynayacaqlar.



Kapitanı Anar Nəcəfli olan bilicilər komandasında Adnan Axundov, Elman Talıbov, Fuad Musayev, İya Metrevelli və Günel Babayeva oynayacaqlar Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir.



Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank