“Statista” şirkətinin araşdırmasına əsasən, ABŞ-da sosial şəbəkələrdə keçirilən vaxtın 65%-i mobil qurğuların payına düşür.

Hazırda amerikalı istifadəçilər fotoşəklə baxmaq, xəritədən istifadə, oyunlar oynamaq, havadan xəbərdar olmaq və sosial şəbəkələrə giriş üçün fərdi kompüterlərə deyil, mobil telefonlara üstünlük verirlər.

Kompüterlər əvvəlki kimi ABŞ-ın elektron ticarətlə məşğul olan və ya əyləncə xəbərlərini izləyən vətəndaşları arasında populyardır.