Sky televiziya kanalı Yeni Zelandiyada dəlisov və cəlbedici reklam çarxı hazırladı. Çarxın qəhrəmanları- meymunlar, həmişə fikirli olan supermen, ədəbiyyatçılar və digərləri tamaşaçıları öz aləmlərinə dəvət edirlər. İdeyanı DDB N.Z agentliyi reallaşdırdı.


Agentliyin kreativ direktoru Endi Feykel reklam çarxına rəy bildirdi: "Biz şadıq ki, Sky reklamında intriqa yaratmağı və müxtəlif xarakterli qəhrəmanların tamaşaçıları özünə cəlb edə bilməsini bacardıq."



"Hazrlanmış video çarxda biz mesajımızı İngiltərə və ya ABŞ ruhunda çatdıra bildik."- Sky TV-nin marketinq üzrə direktoru Mayk Uotson bildirdi.


Çarxın qəhrəmanları ilə birlikdə tamaşaçılar da səyahətə yollana bilərlər və biz onlara parlaq macəralar vəd edirik.