Biznes üzrə ekspert CEK TRAUT hesab edir ki, Rusiya şirkətlərində parlaq positioning yoxdur. Müasir marketinq eksperti həmçinin hesab edir ki, Rusiya şirkətlərinin 80%-i dəqiq "positioning" siyasətinə malik deyillər.
24 sentyabr 2013-cü il tarixində müasir marketinq klassiyi "Cek Traut" öz dünya səyahəti çərçivəsində mühazirəylə Moskvada çıxış etdi. Rusiyada ən böyük marketinq forumlarının təşkilatında ixtisaslaşdırılmış "Marketing One" şirkəti seminarın əsas təşkilatçısı oldu. Rusiya və xarici şirkətlərdən təxminən 1500 nümayəndə Traut-u dinləmək üçün "Ekspo mərkəzi" auditoriyasında bir araya gəldilər.
Traut qeyd etdi ki, "Bu mənim nə vaxtsa çıxış etdiyim ən böyük auditoriya idi".
Cek Traut marketinqin məşhur konsepsiyalarının yaracılarındandır, "Positioning: ağıl üçün döyüş", "Sadəliyin Gücü", "Marketinq müharibələri" və s. kimi işgüzar bestsellerlərin müəllifi və dünyanın ən böyük korporasiyalarının biznes-konsultantı hesab olunur. Onun hal-hazırki mühazirəsi postböhran dövründə qlobal iqtisadiyyatın xüsusiyyətlərinə həsr olunub Marketinq strategiyasını necə seçmək, hansı strategiyalarınd necə tətbiq etmək və hansı yanaşmalardan istifadə etmək; istehlakçı üçün gözə çarpan və düzgün marketinq alətlərində istifadə edərək gəlir və satışların həcmini artırmaq; marketinq müharibəsində necə qalib gəlmək və "partizan marketinqini" necə tətbiq etmək kimi, bu və digər suallara Cek Traut şəxsi təcrübəsindən və beynəlxalq təcrübələrindən nümunələr gətirərək iştirakçıların suallarını cavablandırdı.
Seminar iştirakçılarına marketinq ekspertini nəyinki dinləmək həmçinin canlı olaraq görmək və onunla şəxsən danışmağa imkanı yaradıldı. Sahibkarlar Cek Trautunu şəxsi keyslərindən danışa və konkret problemlərin həllinin onunla bölüşdülər.
Marketing One şirkətinin baş direktoru cənab "Naumov" hesab edir ki, "Cek Trautun ideyaları həməşə aktual olub və olacaq". Lakin yerli biznesmenlər üçün onlar xüsusi maraq təqdim edirlər. Biznes-strateqiyası üzrə ekspertin fikrincə, Rusiya şirkətlərinin 80%-i parlaq ifadə olunmuş "positioning" siyasətinə malik deyillər və nəticə olaraq rəqiblərə qalib gəlmək yalnız qiymət siyasətinin hesabına baş verir. Traut dinləyicilərini "Qərbdə, Kalaşnikov markasından başqa, Rusiya markaları tanınmır" sözləri ilə məyus etdi.
Cek Traut seminarında sualların əksəriyyəti Rusiyaya aid suallar təşkil edirdi. Məsələn Trautdan hansı markanı Rusiyanın paytaxtı üçün yaradacağı soruşuldu. Moskva digər avropa paytaxtları ilə müqayisədə, brendləşdirmə mövzusunda çox mürəkkəbdir və "mən burada positioning üçün parlaq vizual elementlər görmürəm" deyərək bildirdi.
Cənab Traut Rusiya marketinqinə 5 ballıq sistemdən 1,5 kimi qiymətləndirdi. Biznes-strateq hesab edir ki, Rusiya brendləşmə mövzusunda Avropadan daha çox yaxın Asiyaya yaxındır. Bu səbəbdən də, o Rusiyanın biznes-cəmiyyətinə daim inkişafda olan və böyük rol oynadığı ölkələrdən biri olan Çinə yönəlmələrini məsləhət gördü.
Qeyd edək ki, Facemark.az 24 sentyabr tarixində Marketing One - TOP Marketing Management tərəfindən keçirilən "Джек Траут в Москве" tədbirinin ölkə üzrə yeganə media partnyoru olmuşdur.