“Google” axtarış sistemi əsas səhifəsini yeniləyib. Belə ki axtarış sisteminin loqosu, həmçinin naviqasiya paneli dəyişdiriləcək. Bu barədə sentyabrın 19-da “Google Search”ün rəsmi bloqunda məlumat dərc olunub.

Qara rəngli naviqasiya paneli əsas səhifədən çıxarılacaq. Bundan sonra “Google”un bütün tətbiqləri (“Youtube”, xəritə, disk, poçt, xəbərlər və sairə) bir yerdə birləşdiriləcək: müvafiq ikonka axtarış sisteminin əsas səhifəsinin sağ üst hissəsində yerləşəcək.

Sözügedən yeniliklər bir neçə həftə ərzində həyata keçiriləcək və həm saytın standart versiyası, həm də “iOS”“Android” üçün şirkətin mobil tətbiqlərində istifadəyə veriləcək.