Qədim Azərbaycan şəhərləri arasında xüsusi yer tutan, gözəl, uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər ilə zəngin təbiəti və görkəmli Qoşa minarəli Cümə məscidi, Gülüstan qalası (XI-XII əsrlər) və s. kimi tarixi yerləri ilə tanınan Şirvanın özəyi sayılan Şamaxı şəhərində yeni 5 ulduzlu otelin tikintisi başlanılmışdır. Bu diyar yayda da, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Bakılı alpinistlərin daha çox həvəs göstərdikləri Babadağ  zirvəsi də Şamaxı rayonun ərazisindədir. Oteldə yerli vətəndaşların  və xarici turistlərin gözəl təbiət qoynunda zövq alaraq istifadə edə biləcəyi 114 nömrə nəzərdə tutulub onlardan  95-i standart , 19-u isə lüks olacaq. Bundan başqa  500 nəfərlik üç konfrans zalı, idman və oyun  meydançaları və digər istirahət üçün lazım olan şərait nəzərə alınıb. Otelin brendinqi Genna’Baku aqentliyi tərəfindən həyata keçirilib. Dizaynda  istifadə olunan əsas  “ S ” elementi  stilistikada  Şamaxı şəhərinin  adı ilə bir bağlılıq yaradır və şəhərin tarixinə  xüsusi münasibət bəslənməsini vurğulayır.


 ________________________


Art direktor: Afşin Bayır


Qrafik dizayner:  Rəşad Baxışov