Təxminən 3 il əvvəl böyük qardaşım Səlim Qazi pendirləri və etno-marketing mövzulu bir yazı yazmışdı və yazının sonunda da topu mənə atmışdı. İndi özündən bu pası götürüb, bu mövzuda universitetimizdə edilən və yaxın zamanda bitəcək olan bir araşdırmanı sizlərlə paylaşmaq istəyirəm.


Araşdırmanın mövzusu "Almaniyadakı Türk İmmiqrantların Davranışları və İstehlakçı Mədəniyyətləşməsi" dir. İş TÜBİTAKin 1001 Proyekti daxilində dəstəklənir. Proyekt qrupu isə öz sahəsində mütəxəssis olan 6 adamdan ibarətdir. Proyektin icra edicisi İqtisadi və Administrativ Elmlər fakültəsinin müəllimi və eyni zamanda Marketinq Fundamental elm sahəsinin Başçısı Prof. Dr. Sevgi Aişə Öztürkdür. İşlətmə fakültəsinin müəllimi və dekanı Prof Dr. Necdət Teymur ilə Ədəbiyyat fakültəsi dekanı və eyni zamanda Sosiologiya fakültəsinin müəllimi Prof. Dr. Nadir Suğur isə proyektdə araşdırmaçı vəzifəsini yerinə yetirirlər. Proyektin məsləhətçiliyini isə türklər ilə əlaqədar çox əhəmiyyətli araşdırmaları olan Hacettepe Universiteti Əlaqələr fakültəsi qurucu dekanı Prof. Dr. Əsgər Kartari ilə Köln Universiteti Mədəniyyətlərarası Araşdırmalar Mərkəzindəəllim olan Dos. Dr. Uğur Təkin icra edir. Bilecik Universiteti təhsil səlahiyyətlisi Nurdan Sevəm isə proyektdə köməkçi araşdırmaçı olaraq çalışır.


Sahədə ilk dəfə belə bir araşdırma aparılması səbəbiylə Sevgi müəlliməmdən işin detallarını bizlərlə paylaşmağını istədim. Sağ olsun o da mənim xətrimə dəymədi və suallarımı cavablandırdı. Ümid edirəm iş sizlər üçün də maraqlı olar.


Belə bir iş görmək haradan ağılınıza gəldi?


Eskişehir və ətrafı xaricə çox köç vermiş bölgələrdən bir yerdir. Hər yay bazarda xaricdə işləyib yay tətillərini Türkiyədə keçirənləri görmək mümkündür. Bu insanlar bizdən çox daha inkişaf etmiş bazarlara sahib ölkələrdən gəlib. Görəsən buralardan nə alırlar deyə həmişə fikirləşərdim. Yaxın zamanda etnik marketinq mövzusu da gündəmə gəlməyə başlayınca niyə biz də xaricdə yaşayan vətəndaşlarımızla əlaqədar bir iş görmürük deyə düşündük. İşin ilk fikri belə çıxmış oldu.


Araşdırmanın tam olaraq mövzusu və əhatəsi nədir?


Biz türk immiqrantların ən çox yaşadığı Almaniya daxilində bu araşdırmanı aparmaöa qərar verdik. Məqsədimiz burada yaşayan türk immiqrantların istehlak davranışlarını və qəliblərini ortaya çıxartmaq idi. Bunu bilirik ki, immiqrantlar milli mədəniyyətlərdən çıxıb başqa bir mədəniyyətdə yaşamağa başladıqları zaman sahib olduqları mədəniyyətdə bir dəyişmə də başlayır. Ədəbiyyatda bu fakt mədəniyyətləşmə (mədəni assimilyasiya) olaraq adlandırılır. Mədəniyyətdən ayrı olaraq düşünə bilməyəcəyimiz istehlak da bu mədəniyyətləşmə müddətindən əhəmiyyətli ölçüdə təsirlənə bilir. Biz də işimizdə təməl olaraq bu suallara cavab axtardıq. Almaniyada yaşayan türk immiqrantlar öz milli istehlak mədəniyyətlərini nə nisbətdə qoruyurlar? Alman istehlak mədəniyyətindən nəyi, nə qədər aldılar? Bu müddətdə dil, etnik məəyə bağlılıq, qalma müddəti, din və ekoloji faktorların təsiri nə səviyyədə olur? Almaniyada yaşayan türk immiqrantlar arasındakı istehlakçı mədəniyyətləşmə səviyyələrində bir fərq varmı və varsa bu fərq nə səviyyədədir?