"Instagram" fotomübadilə xidməti "Luma" tətbiqinin tərtibatçısını (şirkəti) satın alıb. Çarxların çəkiliş imkanlarının təkmilləşdirilməsi satınalmaya səbəb olub. "Luma" tətbiqi "App Store" onlayn dükanında 18 ay əvvəl yerləşdirilib. Tətbiq təsvirin ziddiyyət, parlaqlıq və dolğunluq sazlamaları kimi standart videoredaktə vasitələrindən başqa, həmçinin onun sabitləşdirilməsi və "Infinite Filter" kimi funksiyalara malik olub. Bu funksiya çəkiliş zamanı çarxlara filtrlər yerləşdirməyə imkan yaradır. Sazişə əsasən, "Lumia" müstəqil xidmət kimi mövcud olmayacaq.