“Yahoo!” şirkəti korporativ loqosunu dəyişdirmək niyyətini açıqlayıb. Şirkət 30 gün müddətində əsas səhifə, xidmətləri və sosial şəbəkədə loqonun mümkün variantlarını təqdim edəcək. “Yahoo!” şirkətinin marketinq üzrə direktoru Keti Savit deyib ki, yeni loqo şirkətin yenilənmiş dizayn və yeni təcrübəsini daha dolğun əks etdirəcək.