Twitter-in həmtəsisçisi Biz Stoun reklamdan qurtulmaq istəyən Facebook istifadəçilərinə sosial şəbəkədən istifadə etmək üçün ödəniş etmələrini təklif etdi


"Mənim Facebook üçün ideyam var. Onlar Facebook Premium təklif edə bilərlər. Ayda cəmi $10 Facebook-u həqiqətən sevən insanlar reklam elanlarından xilas ola bilərlər. Əgər istifadəçilərin 10% premium-hesablara keçəcəklərsə, onda Facebook istifadəçiləri $1 milyard əlavə gəlir qazanacaqlar", - Stoun Medium sosial şəbəkəsində belə yazıb.
Bu ideya Biz Stouna Facebook-dan yenidən istifadə etməyə başladıqdan sonra gəldi. Reklamlar Twitter banisini o qədər qıcıqlandırırdı ki, zəhlətökən elanları görməmək üçün hətta ödəniş etməyə belə hazır idi.
Belə oxşar monetizasiya modelindən Spotify və Pandora da istifadə edir. Onlar istifadəçilərə ayda cəmi 9,99 funt ödəməklə reklamdan qurtulmağı təklif edər. "1 rüb ərzində Pandora-ın maliyyə nəticələrinə baxın. Pandora gəlirinin bütün məqalələrindən (114% keçən illə müqayisədə) ən böyük artım nümayiş etdirdi. Hər ay insanlar bu təcrübədən istifadə etmək üçün ödəniş edirlər" Biz Stoun qeyd etdi. Bu gün "Facebook For Every Phone" əlavəsinin istifadəçilərinin sayı 100 milyonu keçib.