Ölkəmiz dünyanın yeganə ölkələrindəndir ki, onun təqvimində rəsmi olaraq Dünya Azərbaycanlılarının həmrəyliyi günü var. Bu çox sevindiricidir. Ona görə sevindiricidir ki, cəmiyyətimizdə heç olmazsa ildə bir neçə gün demək olar ki, hamı bunun nə qədər vacib olduğundan danışır. Bu anlayışın cəmiyyətimizdə bir neçə günlük aktuallaşması belə insanlarımızda az da olsa müəyyən düşüncələrin nostalgiyasını yaradır.


Həmrəylik anlayışının elmi tərəflərindən danışmağı hədəfləmirəm. Bu mövzuda çox yazılar yazılıb. Birdəki yuxarıda dediyim kimi onsuz da ildə bir dəfə bütün Azərbaycanlılar bu barədə danışırlar.
Daha təfsilatlı məlumat üçün Dekabr ayının 20-dən sonrasını gözləməli olacaqsınız. Gözləməkdə çətinlik çəkənlər isə Cəbrayıl müəllimin yazısını oxuya bilərlər.
Bir il öncə bir neçə həmkarımızla müştərilərin məmnuniyyət gözləntiləri barədə müzakirələr edirdik. Sonda belə qərara gəldik ki, Azərbaycanlıları nə faydalı, nə qorxulu qrupda yerləşdirə bilərik. Əlbəttə müəyyən xüsusiyyətlərinə görə onlar qorxulu qrupa aid etmək olar. Lakin məxsusən Azərbaycanlı istehlakçılar üçün şərti faydasız-qorxulu qrup olması qərarına gəldik.
Qorxulu qrupda olan müştərilər adətdən aşağıdakı xüsusiyyətlərə malik olurlar:
1. Şikayət və təklifləri şirkətə çatdırmaqda təşəbbüs göstərmirlər
2. Şirkət haqqında neqativ təcrübəni öz ətrafları ilə bölüşürlər
3. Bu tip müştərilər sadəcə təkrar sifariş etmirlər.
Dolayısı ilə desək, bu 3 xüsusiyyətdən ən azından birini özlərində cəmləşdirirlər. Onları Tələbkar müştəriyə çevirmək çox asan və çox faydalıdır. Onların müəyyən olunması Faydalı qrupa nisbətən zəhmət tələb edir. Bu insanlar uzun dövrdə şirkətə çox böyük və faydalı konsaltinq xidməti göstərmiş olurlar.
Faydasız adlandırdığımız qrup:
1. Şikayət və təklifləri şirkətə çatdırmaqda təşəbbüs göstərməməməklə yanaşı heç bu barədə düşünmürlər. Onlar ümumən təəsüfkeş və təşəbbüskar olmayan insanlardırlar.
2. Neqativ təcrübə anlayışı yoxdur. Onlar neytral mövqedədirlər və aşın az olmasının başa faydalı olması yönümündə düşüncəyə malikdirlər. Ən yaxşı halda isə unudula biləcək tərzdə paylaşma edirlər.
3. Onlar hər zaman təkrar sifariş edirlər.
Faydasız qrupdakı insanların özlərinə, cəmiyyətə və istehlakçısı olduğu müəssisəyə hər hansı faydası toxuna bilməz. Onların tələbləri minimaldır və bir çox halda ümumiyyətlə yoxdur. Təsüfflə deməliyəm ki, cəmiyyətimiz daha çox bu cür insanlardan təşkil olunub. Bu mənim subyektiv fikrimdir və öz şəxsi təcrübəmə əsaslanan qeydlərimdən əldə etdiyim nəticədir.

Davamı 2-ci yazıda...