Bu gün dünyanın bir çox ölkələrində münaqişələr və müharibələr davam etməkdədir. Danılmaz faktordur ki, bu müharibələrin pərdəarxasında siyasi nüanslar gizlənməkdədir. Amma bu günki təhlil nə müharibələrdən, nə münaqişə ocaqlarından, nə də ki siyasi personajlardan ibarət olacaqdır.


Dünyada hal-hazırki vəziyyət onu ifadə edir ki, bu gün inkişaf etmiş ölkələr baş verən hadisələrin balansında durmaq üçün “Beyin Mərkəzləri” formalaşdırılır. Bəs bu nədir və cəmiyyəti nəyə sövq edir? Vaxtilə Sovetlər Birliyi məhz bu istiqamətdə ilə yol almışdı. Ölkədə yetişən sözün əsl mənasında Beyinlər bütün dünyəvi, siyasi, iqtisadi və sosialoji prossesləri nizamlayırdılar. Çox keçmədi ki, Amerika Birləşmiş Ştatları və İnglitərə bu təcrübədən yararlanmağa başladı. Əsası Şərqdə qoyulan bu Beyin Məktəbi zamanla şərqdən qərbə doğru yol aldı. Adı çəkilən bu təcrübə günümüzə qədər davam etməkdədir. Lakin, Şərqin gündoğan ölkəsi heç bir zaman bu təcrübədən geri qalmadığını bütün zamanlarda göstərməkdədir.
Yaponiyanın elmə söykənən pioritetləri ən yüksəkdədir. Heç bir təbii sərvətə malik olmayan və seysmik cəhətdən uğurlu olmayan regionda olmasına baxmayaraq, yaponlar çox uğurlu resursa sərmayə yatırdılar. İnsan kapitalı Yaponiya üçün ən öndə məsələlərdən biridir. Açıq bildirmək gərəkdir ki, dünyada ən aparıcı pozisiyalarda, ən gərgin əqli əmək sərf olunan yerlərdə məhz Yapon elm məktəbi təmsil olunur. Bu isə əslində incəliklə hazırlanmış bir siyasi gedişdir.
Zamanla müharibələrin dünyanın balansını pozmasını vurğulasaq da, amma əslində dünyanın disbalanslaşdırıb daha sonra balans formalaşdıran elə eyni “nöqtə”dir. Bəs bunun baş verməsində səbəb nədir? Cavab isə asan olduğu qədər qəliz olan “Dollar-Yen” savaşıdır.
Hadisələri bir az aydınlatmağa gərək vardır. ABŞ dünyanın balansını müharibələrlə pozur, iqtisadi böhranla pik nöqtəyə çatdırır, dollar məzənnəsi ilə isə yenidən balanslaşdırır. Beləliklə, sözün əsl mənasında dünya əhalisinə məşğuliyyət verir. Lakin gündoğan ölkə bunu dərk edir və qarşı çıxır. O isə öz növbəsində həqiqi mənada savadlı insan kapitalı sayəsində o balansın pozulma anında “offside” olur, yəni oyundan kənar vəziyyətə düşür. Beləliklə, Yaponiya dünya böhranı yaşamır. Tam bir şahmat oyunu kimi Yaponlar öz Yen məzənnəsi ilə Dollar istiqamətində əks hücuma keçir. Nə qədər də neftin dünyanı idarə etdiyini düşünsək də, amma bilgisayar və elektrotexnikası olduqca böyük seqmentə malik faktordur. Sadə dillə ifadə etsək, ABŞ – nefti dollar ilə tənzimlədiyi halda, Yaponiya isə dünya bilgisayar sistemini yen ilə nizamlayır.
Yeganə dəyişməyən isə dünyada bu tip zəncirvari soyuq savaşların davam etməkdə olmasıdır. Onu da qeyd etmək yerinə düşərdi ki, hal-hazırki dövrdə planlaşdırılmayan heç bir proses yoxdur. Baş verəcək hər bir dəyişiklik isə mahir zərgər incəliyi kimi cilalanmışdır.