NYT baş məqaləsi: The New York Times nəşrinin saytı Çin istifadəçiləri üçün əlçatmaz oldu, beləki ölkə rəhbərliyi resursu bloklamaq qərarıni cümə günü gəcə çıxmış nəşrdən sonra qəbul etdi: amerika nəşri Koreya Xalq Respublikasının Dövlət şurasının baş naziri Ven Szyabaonun ailəsinin maliyyə aktivlərini açıq tədqiq etdi. Sakinləri The NY Times-i artiq nəyinki Çincə, həm də ingilis dilli versiyada oxuya bilmirlər.
Bundan başqa, hakimiyyət Twitter-in Çində məşhur mini-bloqların asiya analoqu olan Sina Weibo şəbəkəsində olan tarixini də bloklayır.
Coşqun reaksiya doğurmuş amerika nəşrinin məqaləsində bildirilir ki, Szyabao ailəsi ümumi məbləği 2,7 milyard dollar təşkil edən aktivlərlə əməliyyat həyata keçirir. Bu kapitalın əsas hissəsini isə, Szyabao yüksək vəzifədə olan müddətdə əldə etmişdir.
Sayta girişin yenidən nə vaxt bərpa olunacağı hələlik məlum deyil. The New-York Times-in mətbuat katibi Aylin Merfi bildirdi ki: "Biz ümid edirik ki, giriş yaxın vaxtlarda düzələcək və Çin hakimiyyətindən xahiş edəcəyik ki, onlar vətəndaşlarına Times də nəşr olunan informasiyadan istifadə etmələrinə imkan versinlər". Merfi əlavə etdi ki, nəşr jurnalist standartlarını dəyişdirmək niyyətində deyil.
Çin bütün dünyada İnternet-sahədə ciddi senzuranın mövcudluğuyla məşhurdur. Qanun-qayda şəbəkəsi sahəsində bir çox mütəxəssis işləyir. Onlar məzmuna nəzarət edirlər, dövlət kursuna zidd olan informasiyanı izləyirlər və lazım olmayan yazıları uzaqlaşdırırlar.
New American Foundation baş elmi işçisi Rebekka Makkinton iddia edir ki, davranışın bu modeli lider rolu güclü olan, totalitar tipli dövlətlər üçün tipikdir.
The New York Times artıq Çin senzorlarıyla xoşagəlməz hadisələrin yarandığı ilk beynəlxalq təşkilat deyil. 2010-cu ildə Google da Honkonqda Çin bazarına öz serverlərini daşımaq cəhdini təşəbbüs etmişdir, lakin İnternetdə qeyri-məhdud axtarış aparmağa icazə verilmədiyindən, şirkətlər Çin hakimiyyətiylə razılaşmaya nail olmağı bacarmamışdılar.
Bənzər hadisə "Bloomgerg" agentliyi ilə də baş vermişdr. Müəlliflərdən biri Koreya Xalq Respublikasının vitse-prezidenti Si Szipin-in ailəsiylə yığılmış sərvətlər haqqında material dərc etdi. Hərəkət artıq adət edilmiş ssenari üzrə inkişaf edirdi, yəni, agentliyin saytı, ingilis dilli versiyası daxil olmaqla bloklanmışdı.