Uğursuzluğa düçar oluruq tez-tez və bunların səbəbi əksərən qorxularımız olur. Risk etmək qorxusu, yeni bir cəhd etmək, indiyə kimi heç olmamış bir hədəf seçmək və etmədiyi bir şey etmək. Bunların hər biri biraz qorxudur və bu qorxu hissi bizi etmək istədiklərimizə laqeyd yanaşmağa və etməmə səbəbi olaraq da, özümüzü və ətrafdakıları inandırmaq və vicdanən rahatlamaq üçün saysız-hesabsız açıqlamalar gətirməyimizı səbəb olur, hansılarki sadəcə bəhanələrdir.
Əslinə bu da bir vərdişdir. Zamanla bizdə formalaşmış və artıq həyatımızın ayrılmaz bir hissəsi olmuş vərdişlər kimi. Yeni cəhdlər etmək, yeni hədəflər seçmək, daha yüksək zirvələri amal olaraq seçmək və gərginlikdən deyil rahatdan qorxmaq, qorxularının üstünə getmək, kariyera və həyatında davamlı inkişaf istəyən hər bir kəs qarşısına məqsəd qoyub bu vərdişləri də özündə formalaşdıra bilər.
Hər bir önəmli dəyişiklikdə olduğu kimi, burda da əsas buna mane olan səbəbləri aradan qaldırmaq lazımdır əks halda yaşayacağımız dəyişikliyin ömrü çox qısa olacaq. Kökündən həll olunmayan problem yenidən mütləq baş qaldıracaq və bu dəfə onun öhdəsindən gəlmək daha çətin olacaq, həmçinin o problemin bu dəfə ortaya çıxaracağı fəsadlar da, çox daha ciddi olacaq mütləq.
Bu səbəblər nələrdir bəs? Bunlar qısaca ətrafın reaksiyasının nə olacağıdır. Ətrafın bizim haqqımızda nə düşünəcəyi, ən əssasə da yaşayacağımız mümkün uğursuzluqdan sonra bizə münasibətlərindəki dəyişikliklər necə olacaq. Ən əsas budur və əgər biz o münasibətin necə olub-olmayacağının önəmini hazırda olduğundan daha aza endirsək o zaman azad olcağıq və ancaq bu halda həqiqi mənada nələr üçünsə cəhd etməyə və ola biləcəyimizin ən yaxşısını olmağa doğru cəsarətli addımlarla irəliləyəcəyik. Ətrafınızdakı insanlar şəxsiyyət və xarakterinə görə deyildə müvəqqəti uğur vəya uğursuzluğa görə səni dəyərli ya da dəyərsiz biri kimi qəbul edirsə onların nə düşündükləri, düşünməli və nəzərə almalı olduğun ən son şey olmalıdır. Çünki uğursuzluğa deyil cəhd etmək üçün göstərilən cəsarətə qiymət verilməli və alqışlanılmalıdır.
Burda demək istədiyim o deyil ki, heç kimin fikrinə hörmət etməyin və ciddiyə almayın. Ətrafdakı insanları düşüncələrinə hörmətlə yanaşamaq önəmli olduğu kimi, onlara həddindən artıq dəyişilməz reallıqlar olaraq da baxmamalıyıq.
Kənarın təsdiqləməlrini və alqışlarını gözləmədən nələrisə etmə azadlığını özümüzdə şüurlu olaraq formalaşdırmalıyıq. Çünki bizim üçün önəmli olan digərləri üçün heç də elə olmaya bilər və bu çox normaldır. İndi bu halda əgər sadəcə ətrafın dəstəyi və təqdiri səninçün önəmlidirsə o zaman sən səninçün önəmli olanın arxasıınca getməyəcək və seçimini ətrafın dəstəklədiyi istiqamətdə edəcəksən və bu yolun sonu sənin istədiyin deyil əksinə atacağın hər addımda səni uzaqlaşdıracaq səninçün ən önəmli və həyatı olandan.
Nələrisə dəyişmək və hansısa nəticələri əldə etmək istəyiriksə bunların qarşılığını ödəməliyik. Qarşılıq nədir? Qarşılıq seçimlərimizin məsuliyyətini öhdəmizə götürməkdir cəsurca. Yəni nəyisə etməyi seçiriksə artıq bu seçimə görə həmçinin bu seçimin nəticəsinə görə məsuliyyəti öz üzərimizə götürməliyik. Bu da artıq cəsarətli seçim edib addım atmağımızı göstərir və cəsarətin olduğu yerdə ya qorxu olmur, ya da qorxuya baxmayaraq hərəkət edirsən.
Hansısa bir amal uğrunda müvəffəq olmadıqda bundan sonra söz verməli və heç kimi, heç nəyi günahlandırmamalı, səbəb kimi göstərməməli və səbəbi özündə axtarmalısan. Səbəblər çoxdur amma bu məqalənin mövzusu qorxu olduğundan sadəcə bu mövzu üzərində durulur.
Uğursuz olmaq heç də mənfi bir şey deyil, əksinə cəhd etməməkdir ehtiyatlı olmalı olduğumuz. Uğursuz olduqda ən azından cəhd etdiyin üçün və proses ərzində mübarizə apardığın üçün özünə inamın artır, özünə hörmət formalaşır səndə və yeni nələrsə öyrənirsən. Lakin, cəhd etmədikdə etməli olduğun amma etmədiyin nədirsə o sənin gözündə daha da böyüyür və zaman keçdikcə daha da çətinləşir. Bu da özünə olan inamının zədələnməsinə, özünü zəif biri kimi görməyə və zehnində bucür bir imic formalaşdırmağa başlayırsan özün haqqında. Biz də kim oluruqsa bu adətən zehnimizdə gördüyümüz xeyali insanın realda təcəssümüdür.
Amma artıq kənara atmalısan uğursuzluq qorxusunu və dəyişməlisən uğursuzluq deyilən o hadisəyə yanaşmanı. Sadəcə bir dəfə deyil, dəfələrlə uğursuz olsanda yenə də cəsarətini itirməməlisən və davam etməlisən amma bir şərtlə hər uğursuzluğundan da bir professional konusltant kimi öyrənməyə çalışmaqla. Çünki uğursuzluqlarımız ən yaxşı kitab, ən savadlı müaəllim, ən professional konsultantdır hansıki bizə isstədiyimiz anda ən doğruları söyləyirlər həm də biz istədiyimiz anda, ödənişsiz və mükəmməlcə.