Yahoo! şirkətinin Direktorlar Şurasının sədri Fred Amorozo istefa verib. O, şuranın tərkibini rəsmən idarəedici orqanın növbəti iclasının keçiriləcəyi gün - iyunun 25-də tərk edəcək.
F. Amorozonun sözlərinə görə, o, hələ 2012-ci ilin mayında şuraya rəhbər seçiləndə şirkətə vəzifəsində yalnız bir il çalışacağını bildirib.
Ötən ilin əvvəlindən artıq altı nəfər şirkətin rəhbər vəzifələrindən gedib və F.Amorozo bu addımı atan yeddinci şəxs olacaq. Onun istefası ilə bağlı xəbər artıq hərraclar başa çatdıqdan sonra şirkətin səhmlərinin aşağı düşməsinə səbəb olub.
Xatırladaq ki, 2012-ci ilin iyulunda Yahoo! Marissa Mayerin baş icraçı direktor təyin edilməsini elan etmişdi.