Cənubi Afrika Respublikasındakı "Wimpy" fastfud restoranlar şəbəkəsi xüsusi reklam aksiyası çərçivəsində üzərində korlar üçün yazılar olan hamburgerlər hazırlayıb


Bu barədə şəbəkənin Facebook-dakı səhifəsində yerləşdirilmiş videoda məlumat verilir.

Aksiyanın məqsədi korlar üçün hazırlanmış Brayl əlifbası ilə menyu hazırlamaqdı.
"Wimpy" şirkətinin hazırladığı xüsusi hamburgerlərin üzərində Brayl əlifbası ilə yazılıb: "Bu burger 100 faiz təzə ətdən məxsusi olaraq sizin üçün hazırlanıb".

Daha sonra şirkət burgerləri CAR-dakı üç ən iri korlar evinə aparıb.
Burgerlər üzərindəki yazını oxuyan korların reaksiyaları da videoya çəkilib.
"Wimpy" bildirir ki, aksiya barədə 800 min kor xəbər tutub.