Millward Brown şirkəti keçən ilin nəticələrinə yekun vurdu. Agentlik Digital & Media Predictions 2013 analitik araşdırmasında 2013-cü ilib 10 tendensiyasını müəyyən etdi. Daha çox diqqət xüsusilə sosial şəbəkələrdə və mobil cihazlarda online reklamın inkişafına yönəlmişdir. Ayrıca hesabatda mobil internet kompüter internetindən daha sürətli inkişaf edən Afrikaya yer verilmişdir.
Brendlərin daha çox gəlir əldə etməsi üçün Facebook yeni reklam imkanları yaradır. Bu il Facebook xəbər lenti keçən il gördüyümüzdən əhəmiyyətli dərəcədə fərqlənəcək. Məşhur sosial şəbəkədə reklam daha güclü, interaktiv və cəlb edici olacaq. Daha çox kreativ formatlı elan və onların yerləşmələrini təklif edərək o, güclü sosial ekosistemlərə arxalanacaq.
Brendlərin istehlakçıların daha çox gözünə çarpmasına imkan yaradılacaq, reklam yerləşdirənlər daha çox məqsədli səhifələrdə görünəcəklər. Sponsorlaşdırılan hadisələrin və video reklamların istifadəsi əhəmiyyətli dərəcədə artacaq. Keyfiyyətli və istifadəçilərin imkanlarını genişləndirən təqdimat yenireklam formatları ilə brendlərin istehlakçılar qarşısında məsuliyyətini artıracaq. Buna görə də reklam verənlər Facebook-da yeni PR-strategiyalarını araşdırma və tətbiq edərkən daha diqqətli olmalıdırlar. Xüsusilə, bəzi istifadəçilər başlanğıcda yalnız dostları ilə əlaqə yaratmaq müqavilində reklama dözməli olacaqlar.
2013-ci ilin sonunda biz istifadəçilərin Facebook reklamlarına olan reaksiyalarını daha yaxşı anlayacayıq, həmçinin hansı formatların istehlakçılarda daha çox rəğbət qazandığını biləcəyik.
Sosial media “dinləmə”-dən "nüfuz"-a inkişaf etməkdədir. Hal-hazırda, sosial media, əsasən, "işğal et və irəli get" üsulu ilə istifadəçilər haqqında məlumatları toplayır. Əksər social platformalar əldə edilən hər hansı məlumata görə mübarizə aparırlar.
Məlumatların tənzimlənməsi istehlakçıların bu və ya digər brendə bağlılığı haqda məlumatların toplanmasına çətinlik yaradır. Eyni zamanda ənənəvi araşdırmalar etibarsız məlumatların aradan qaldırılması məqsədi ilə ciddi filtrə edilərkən social mediada belə yoxlama standartları mövcud deyil. Araşdırmalar zamanı 30 milyondan çox danışıqlarda istehlakçıların faktiki brendlərə istinad etməsi 40% təşkil edir.
Sosial məlumatların məğzini bilmək üçün brendlər sürətli əks əlaqəyə deyil, etibarlı elmi araşdırmalara əsaslanan yeni təkrar social dinləmələr aparmalıdırlar.
“Mobil qurğular"ın təkmilləşməsi "ağıllı və cəld" kommunikasiyaların yaranmasının mərkəzi ideyası olacaq. Mobil qurğuların gücü və imkanlarının artıması bütünlükdə həyatımızın məxssusi idarə olunma vasitəsinə çevrilir. Artıq smartfonların bizim dünyada mövcudluğumuza artan təsirini müşahidə etmək mümkündür. Hazırda mobil qurğular faktiki olaraq kompüteri əvəz edir. Brendlər yeni "mobil" dünyaya uyğunlaşmağa imkan verəcək kommunikasiya strategiyalarını fəal inkişaf etdirməyə başlamalıdırlar.
Marketoloqlar bu "mobil idarəetmə" vasitələri ilə istehlakçıları ilə qarşılıqlı ünsiyyət qurmağa öyrənməlidirlər. Məzmun və reklamın texniki icrasının bir neçə ssenariləri hazırlanmalıdır, bununla yanaşı diqqət, əsasən, cihazların imkanlarına yönəlməlidir. Marketoloqlar yalnız informasiya təqdim edən deyil, həmçinin istehlakçılardan onları əldə edən “ağıllı” və “çevik” məzmunlar hazırlamalıdırlar. Bununla yanaşı onlar istifadəçilərin ehtiyacları üçün mövcud vaxt rejimində uyğunlaşmalıdırlar.
Məzmunun pul ilə əldə edilməsi keyfiyyət və ekslyuzivliyin qarantı kimi olacaq. 2013-cü ildə abunə olaraq əldə edilə bilən pullu məzmunların sayı artacaq.
Bir çox qəzet və jurnalların tirajı aşağı düşür və televiziya auditoriyası getdikcə alternativ (əsasən pulsuz) internet xidmətlərin artımı səbəbindən azalır. Media bazarın böyük oyunçuları fəaliyyətlərinin dayanmaması üçün istehlakçılara bütövlükdə və ya hissə-hissə pullu məzmunlar təqdim etməyi planlaşdırırlar. Nəticədə məzmunun keyfiyyətliyi və ekskyuzivliyi təmin olunacaq və internet istifadəçilərinin onu başqa heç bir yerdə tapa bilməməsi müvafiq olaraq bu və ya digər saytın xidmətlərindən imtina etməsinə səbəb olacaq. Belə ki, targetinq daha sərt olacaq və min abunə auditoriya baxışının qiyməti sürətlə artacaq.
Abunəvi KİV-lərdə reklam olunan brendlərin CRM göstəriciləri daha yüksək olacaq. Bu zaman tamamilə və ya hissə-hissə pulsuz onlayn mediada yerləşdirilmiş keyfiyyətli sponsor məzmunu marketinq uğurundan bəhrənəcək.
Omnichannel-marketinq istehlakçı ilə brendlər arasında eyni "danışıq" yaratmağa imkan verir. Omnichannel-marketinq istehlakçının davranış tərzinin, yəni onun potensial əlaqə nöqtəsinin digərləri ilə inteqrasiyasını araşdırmadan ibarətdir. Hazırkı konsepsiya başlanğıcını pərakəndə satış sektorundan götürür ki, bunu da onlayn, oflayn və mobil əlaqə nöqtəsindən asan müşahidə etmək olar.
Şirkətlər müxtəlif kommunikasiya kanalları vasitəsilə hər bir ayrıca yaradılan müştəri əlaqəsinin mənasını dərk etməlidir ki, effektiv reklam etmək üçün savadlı şəkildə onlardan istifadə etsin.
Sosial televiziyanın inkişafı. Televiziyanın ölüm xəbəri çox şişirdilmişdir. Deyinlərin əksunə biz indi televizora əvvəlkindən daha çox baxırıq. Buna görə, noutbuk, plamşet və ya mobil telefon "ikinci" və "üçüncü" ekran olması inancı zəifləməyə başlayacaq.
Lakin bunu da inkar etmək olmaz ki, TV ekran vasitəsilə “hashtag” yayımlamaq və "tweet" bölüşmək üçün, hər halda, əlavə kommunikasiya kanalları lazımdır. Çünki televiyzia verlişinə baxdıqdan sonra istifadəçilərin həmin an öz fikir və təəssüratlarını mobil qurğu və planşetləri ilə bölüşmələri vacibdir.
Digital-kampaniyalar onlayn rejimdə optimallaşır. 2012-ci ildə reklam verənlərin kampaniyalarının real vaxt ərzində, bir sözlə "tez" hazırlanması necə brendinqin optimallaşdırılmasına şərait yatardığının şahidi olduq. Carı ildə bu tendensiyanın aktiv inkişafı davam edəcək. Effektiv reklam üsullarına tələb müşahidə olunur ki, bu da marketoloqların əməyinin qarşılığı nəticəsində qazanc əldə edilməsi ilə bağlıdır.
İnternet reklamına vəsait yatırmaqla mənfəətini maksimallaşdırmağa çalışanlar üçün 2013-cü il qarşılıqlı anlaşma və məhsuldar əməkdaşlıq ili olacaq.
Onlayn reklamın öz məqsəqləri ilə sıx əlaqəsi. Maksimal nəticələri əldə etmək üçün media agentlikləri müxtəlif reklam onlayn formatlarının istifadəsindən asılı olan marketinq kampaniyalarının nəticələrini ğöstərən araşdırmalara diqqət yetirməlidirlər.
2013-cü ildə reklam verənlərin bu və ya digər formatın istifadəçilərə təsirini daha dərin başa düşməyə çalışdığı üçün, onlayn reklamın daha innovativ və strateji mediaplanlaması müşahidə olunacaq.
Əlavələr istehlakçılar üçün getdikcə daha vacib olacaq. Araşdırmalar nəticəsində müəyyən olunub ki, istehlakçılar öz vaxtının çox hissəsini veb-səhifələrə deyil, mobil əlavələrə sərf edirlər. Apps reklamına çəkilən xərclər multimedia aktiv istifadəsindən asılı olacaq. Apple-ın iAd kimi multimedia reklamları, digər interaktiv formatlar və hətta mobil qurğuların kamerası vasitəsi ilə çəkilən videolar istehlakçıların brendə yüksək marağına səbəb olacaq, həmçinin reklamın biznesin bu və ya digər tələblərinə adaptasiya olunmasına yardım edəcək.
Bir neçə brednlər öz əlavələrində endirim və kuponlar təklif edərklən siz istehlakçılara daha maraqlı imkanlar yarada bilərsiniz. Məsələn, ən yaxşı mobil oyunçuları sonra brendin məhsulunu alarkən istifadə edə biləcəyi oyun valyutası ilə mükafatlandırmaq olar. Bu cür strategiyalar brendin tanınmasını, həmçinin müştərilərin loyallığını artırmalıdır.