NƏ: Xəzər Beynəlxalq Su texnologiyaları sərgisi - “CATEF-2013”
HARADA: Bakı Ekspo Mərkəzi
NƏ VAXT: 11-13 aprel 2013-cü il

“CATEF-2013” sərgisi Xəzər regionunda su texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbirdir və “Azərsu” ASC-nin təşəbbüsü və dəstəyi ilə təşkil olunmuşdur. Tədbirin təşkilati tərəfdaşı qismində isə “Iteca Caspian” MMC çıxış edir.


“CATEF” SƏRGİSİ:

Maksimal işgüzar əlaqələr:


Sərgi 3 gün ərzində işgüzar əlaqələrin qurulması, içməli su təchizatı, tullantı sularının təmizlənməsi və kənarlaşdırılması sahəsində təcrübə mübadiləsinin aparılması, uzunmüddətli saziş və müqavilələrin imzalanması üçün unikal məkana çevriləcək və qabaqcıl texnologiyaların nümayişi ilə bu sahənin aktual məsələlərinin müzakirəsini səmərəli şəkildə birləşdirəcəkdir.


Sərginin iştirakçıları:


Akkord, Hyundai, KSB, Elektromed, Nema, Samsun Makina, Ecoline, Bekaert, SAER, Van Oord, Sampro, Herrenknecht AG, Krohne, Nordic Water-EMO, Sumqayıt Texnologiyalar Parkı, Awas, DOW, Duktus, Suez Environment, Xylem, Hungarian Water Cluster, PWT, Ekoton, Grundfos, Nippon Koei və digər şirkətlər.


İştirakçıların coğrafiyası:


ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Belçika, Cənubi Koreya, Danimarka, Fransa, Hollandiya, İtaliya, İsveç, İsveçrə, Kanada, Macarıstan, Türkiyə, Yaponiya, və digər ölkələr.

“CATEF” SƏRGİSİNDƏ NÜMAYİŞ ETDİRİLİR:
- Su təchizatı sistemləri
- İçməli suyun emalı
- Tullantı suların təmizlənməsi sistemləri
- Yağış sularının kənarlaşdırılması sistemləri
- Boru xətləri mühəndisliyi
- Su təchizatı sistemlərində ölçmə, tənzimləmə və təhlil


-Pompalar, nasos sistemləri, idarəetmə avadanlıqları üzrə texnologiyalar
- İçməli su mənbələrinin mühafizəsi
- Su təchizatı və çirkab sular üzrə inşaat və qazma texnikaları və avadanlıqlar
- İnformasiya və kommunikasiya texnologiyaları
- Daşqından mühafizə
- Suyun duzsuzlaşdırılması texnologiyaları
- Su təchizatı sistemlərinin təhlükəsizliyi
- Mühəndis-texniki xətlərin çəkilməsi üçün xəndəksiz qazıma texnologiyaları (mikrotunel inşası)



Əlaqə:



Tel.: +994 12 404 10 00;
Faks: +994 12 404 10 01;


E-poçt: info@iteca.az