“Weboxu.com” Texnologiya blogu İnformasiya Texnologiyaları sahəsində 2011-ci ilin yekunları ilə bağlı istifadəçilərinin səsverməsi əsasında “İlin ənləri”ni seçib.
“Ənlər” arasında mobil operatorlar, xarici texnologiya markalarının Azərbaycandakı nümayəndəlikləri, internet saytları və 2011-ci ildə olan texnoloji yeniliklər mövcuddur.
Weboxu blogu tərəfindən təyin edilmiş namizədləri istifadəçilər sosial media hesablarının köməkliyi ilə qiymətləndirdilər. Namizədlər isə 2011-ci ildəki fəaliyyətinə görə seçilirdi.
Beş kateqoriya üzrə 29 namizədin iştirak etdiyi sorğu on gün müddətində keçirilib, nəticələr 16 yanvarın gecə 24.00-da başa çatıb. Tam siyahı ilə buradan tanış ola bilərsiniz - http://weboxu.com/secim/ .
Sorğunun nəticələrindən ibarət infoqrafika və HTML5+CSS3 təqdimat səhifəsi hazırlanıb. Yeni internet standartları ilə hazırlanan HTML5 təqdimatda qaliblər və bütün namizədlər göstərilib. HTML5 və CSS3 ilə hazırlanan səhifə yeni texnologiyanın standartlarını daha yaxşı dəstəkləyən Chrome və Firefox brouserlərində işləkdir. Təqdimatla tanış olmaq üçün verilmiş keçidə daxil olun - http://weboxu.com/secim/
Seçimlərdə cəmi 1099 səs verildi. Kateqoriyalar üzrə fərqlənənlər isə aşağıdakılardı:
2011- ildə açılmış saytlardan ən çox bəyənilənlər.
1. Hisset.in
2. Muzzaz.net
3. Yoxla.az
2011-ci ildə Sosial Media istifadəsi ən çox bəyənilən texnologiya şirkətləri.
1. Azercell
2. Apple - Alma Store
3. Bakcell
2011- ci ildə keçirilmiş tədbirlərdən ən çox bəyənilənlər
1. Baku GTUG tədbiləri
2. Hackathon Azerbaijan
3. Bloqosfer 2011
2011-ci ildəki ən çox bəyənilən yenilik
1. 3G lisenziyasının Azercell və Bakcell-ə verilməsi
2. Yüksəksürətli, Optik internet
3. Ilkaddimlar.com-un yenilənməsi
2011-ci ildə yazılmış ən çox bəyənilən mobil tətbiq
1. Multik - Çoxdilli Android klaviaturası
2. Shortiki
3. Azerdict - Android/iOS