Sərxoş vəziyyətdə maşını idarə etməyə qarşı çəkilən sosial reklam çarxında bildirilir ki, "dostlarını necə öldürəcəyin tamamilə əhəmiyyətsizdir".


"Coexistence without Violence" ictimai hərəkatı üçün çəkilmiş çarxda tamamilə məntiqsiz qətl göstərilib. Şən əyləncə gecəsindən sonra, çox içmiş baş qəhrəman dostlarını evə aparmağa qərar verir. Lakin sükan arxasına oturmazdan əvvəl, tüfəngini yük yerindən çıxardır və dostlarını vururaraq qətlə yetirir.
Çarxın ideyası sadə olduğu qədər də, işgəncəli və əzablıdır. Məgər sərxoş sürücünün sərnişinlərini necə öldürdüyünün bir fərqi var? Onları tüfəng ilə vurub və yaxud bir qədər sonra qəzada parçayayıb, nəticəsi eynidir.

"If You Drink, Do not Drive" adlı reklam çarxı Los-Anceles-in yaradıcı "Boxer Films" studiyası tərəfindən hazırlanıb.