Azərbaycanın mobil operatoru Bakcell bildirir ki, Yeni il ərəfəsində şirkət abunəçiləri 24 milyon zəng edib və 26 milyon sms-bildiriş göndəriblər. Bu, normal pik saatları ilə müqayisədə səsli zənglərdə 120 faiz, sms-lərdə isə 90 faiz artım deməkdir. Ötən illə müqayisədə Yeni il ərəfəsində Bakcell şəbəkəsinin rouminq xidmətindən istifadə edən abunəçilərin sayı da 40 faiz artıb. Yeni ilin pik saatlarında Bakcell-in 3G xidmətindən istifadə edən abunəçilərin sayı 152 min nəfərə çatıb.
Son illər ərzində şirkətin mobil şəbəkəyə yatırdığı sərmayələr operatora ölkədə, o cümlədən ucqar rayonlarda əhalinin 99 faizinə xidmət göstərməyə imkan verir.