2013-cü il aprelin 30-da Bakıda dünyada menecment, effektiv satış, biznesin uğurlu aparılması və şəxsi potensial inkişafı sahələrində ən uğurlu məsləhətçilərdən biri olan Brayan Treysinin biznes-seminarı keçiriləcək. O "Maksimum nəticəyə nail olmaq: şəxsi həyatda və biznesdə uğurun açarı" mövzusunda mühazirə oxuyacaq.

Biznes-seminarın təşkilatçısı AllianzConsult konsaltinq şirkətidir. Tədbirə Sağlam Ailə, Four Seasons Hotel Baku, trend.az, day.az, biznesinfo.az, Ali&Nino, Boutique, "Biznes Dialoq" kimi qurumlar tərəfdaşlıq edəcəklər.



Brayan Treysi bu gün

Hazırda Brayan Treysi «BrianTracy International» şirkətinin prezidentidir. Bu, Amerika Birləşmiş Ştatlarında ən nüfuzlu konsaltinq şirkətidir və onun dünyanın 30-dan çox ölkəsində filialları var.

Brayan Treysinin biznes-seminarları –dünyada ən yaxşı seminarlardır!

Brayan Treysi seminarları unikallığı ilə seçilir. Onlar dinamikdir, informativdir və çox səmərəlidir. Brayan hər bir müraciətini ünsiyyətdə olduğu istənilən auditoriyaya uyğunlaşdırmaq bacarığına malikdir. O dinləyicilərə özünün gözəl ideyalarını və strategiyalarını faktların nadir kombinasiyaları, yumor, şəxsi peşəkar təcrübəsi və praktiki konsepsiyaların köməyi ilə çatdırır ki, bunları da dinləyicilər öz fəaliyyətində tətbiq edə və ən yaxşı nəticələr əldə edə bilərlər!

Onu ən yaxşılar seçirlər!

Brayan dünyanın 80 ölkəsində 1000-dən çox şirkət üçün 4000-dən çox seminarlar keçirmişdir! Onun seminarlarında 400,000 çox insan iştirak etmiş, onların arasında, IBM, Bank of America, Mobil, Ernst & Young, Qazprom (Rusiya), BMW, Ford, Toyota, Nissan, Mercedes Benz və.s kimi dünya brendlərinin rəhbərləri və əməkdaşlarını qeyd etmək olar.



Brayanın seminarları dinamik, informativdir, bu onlardan zövq almağa imkan yaradır. Brayan özünün hər müraciətini ünsiyyətə girdiyi auditoriyaya uyğun təşkil etmək kimi mükəmməl qabiliyyətə malikdir. O, iştirakçılara faktlar, yumor, özünün professional təcrübəsi və praktik anlayışların nadir kombinasiyasına malik mükəmməl ideya və strategiyaları töhfə verir. İştirakçılar onları dərhal öz fəaliyyətlərində tətbiq edə və daha yaxşı nəticələrə nail ola bilərlər.

O, 300-dən çox kitabın, insanın şəxsi və professional fəaliyyətinin bütün sahələrini əhatə edən audio və video tədris proqramlarıının müəllfidir. Onların arasında dünyanın ən çox satılan, "Nailiyyətin Psixologiyası", "Milyon dollar dəyərində vərdişlər", "Maksimum müvəffəqiyyət", "Biznesdə uğur üçün tamamilə mübahisəsiz 100 qanun" "Milyonçuların uğurunun 21 sirri", "Öz zamanını idarə et və nəticələri artır", "Yaxşı işçiləri işə götürmək və işdə saxlamaq" kitabları vardır. Bu kitablar 18 dilə tərcümə olunmuş və 37 ölkədə satılır!