Rəhbərlər biznes mühitində yüksək səviyyədə işləyəcəklərini ümid edirdilər. Uğur üçün tənqidi fikirlər çox vacibdir.


Baxmayaraq ki, tənqidi fikirlər yumşaq və sərt olur, əslində günümüzdə biznes mühitində işləyən liderlər üçün önəmli bir səlahiyyətdir. Tənqidi təfəkkürün olmaması da öz növbəsində potensial biznes nüfuzunu ləkələyə biləcək şübhəli qərarlara gətirib çıxara bilər.


Məsələn, Netfliks. İyul ayında, Kaliforniyanın əsas şirkətlərindən olan Los Gatos abunə planının iki hissəyə bölündüyünü açıqladı, əslində bir çox müştəri üçün qiymətlə rdə 2 qat qalxmışdı.


Nəticədə Netflix ilin üçüncü rübündə 800,000 abonenti itirmiş və eniş faizi 37% olmuşdur,


"Mən onun nə düşündüyünü bilmirəm" deyə İnkişaf üzrə baş icraçı direktor Bonni Haqeman dedi. “Bu, maliyyə səbəblərə görə tez qərar qəbul etməli olan və düzgün qərar qəbul etmək üçün dərinliyi və ehtiyatları olmayan bir çox insanın nümunəsidir”.


Hastingdə nə çatışmırdı? Hagemana görə “strateji qərarlar, tənqidi fikirlər”. Onun sözlərinə görə tənqidi fikirlər, ədalətli və dəqiq yanaşma, aydın və məntiqi düşüncə yolunu təşkil edir və nizama salır.


Hagemana görə tənqidi təfəkkür dörd komponentdən ibarətdir:


• Strateji qərarlar. Strateji qərarlar. Bu rəhbərlərə biznesdə düzgün qərarlar qəbul etməyə və düzgün dəyərləndirməyə kömək edir..


• Yaradıcı fikirlər. Yaradıcı fikirlər. Yaradıcı fikirlər, məsələlərin həlli və inkişaf üçün vacibdir. Hagemann deyir: "Əgər siz bu barədə fikirləşirsinizsə, hər şey sizin yaradıcı fikirlərinizlə başlayır;Toxunduğunuz hər şey, yolunuzun üstündəki binalar belə. Odur ki, bizim liderlik fəaliyyətimizdə yaradıcı olmaq son dərəcə vacibdir".


• Problemlərin həlli. Problemləri tez aradan qaldırmaq üçün problemlərin həllində, qərarları dəyərləndirən zaman mümkün qədər cəld olmaq lazımdır.


• Qərar qəbul etmək. Qərar qəbul etmək. Bu adətən sərt qərarların qəbul olunması və hesabata hazırlıq üçün bir sınaqdır. “İntellektual mətanət və cəsarət çox mühüm bir parçadır” deyir.


Ümumiyyətlə isə tənqidi sona qədər dinləmək, eşitmək və dözümlə qarşılamaq özü bir bacarıqdır, sənətdir. Marketinq aləmində yersiz, lazim olmayan tənqidlərə də rast gəlirik. Lakin bunlar bir çox hallarda qərəzli, şəxsi simpatiya və anti-patiyadan doğur. İstənilən tənqiddə inkişaf istəyi, arzusu varsa, bu artıq qəbulolunandır. Yoxsa ki, “babam mənə kor deyib, nə gəldisə vur deyib” məntiqi ilə tənqidə yanaşanda və ya tənqid edəndə, o halda dinlənilməyəcəksiniz. İstənilən işin tənqidində insan zəhməti faktorunu mütləq nəzərə almaq lazımdır.