Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzlə görüşündə ABŞ-Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi müzakirə olunub.
Layihə həmçinin BDU-nun jurnalistika fakültəsində internet televiziya studiyasının yaradılmasını nəzərdə tutur. İnternet TV gələcək jurnalistlərə praktiki vərdişlər əldə etməkdə kömək edəcək.
A.Məhərrəmov layihənin BDU-da həyata keçirilməsini dəstəkləyərək qeyd edib ki, yaradılacaq studiyanın daha müasir standartlara cavab verməsi, maddi-texniki bazanın güclü olması üçün universitet də öz növbəsində maliyyə yardımı etməyə hazırdır.