2013-cü ilin 4-5 aprel tarixlərində “Four Seasons Hotel”-dəbaş tutacaqAzərbaycanın ilk qlobal marketinq tədbiri“Marketing Kingdom Baku” üçün artıq 200-dən çox nümayəndə qeydiyyatdan keçib.


Baş ofisi Dubayda yerləşən “P World” şirkəti və Platinum sponsor olan Azercell Telecom tərəfindən təşkil olunan iki günlük tədbirdə Londonda keçirilən 2012 Yay Olimpiya Oyunları, Lego Group, SAP, Novartis, Coca Cola Hellenic, Yahoo! və digər şirkətlərdən olan marketinq direktorları da daxil olmaqla dünyanın ən böyük marketinq ekspertləri interaktiv təqdimat keçirəcəklər.



“P World”şirkətinin qlobal Baş İcraçı Direktoru Kosta Petrov bildirir: “Biz Azərbaycanın marketinq cəmiyyətindən çox razıyıq və əminik ki,“Marketing Kingdom Baku” yerli marketoloqlara gəlirli marketinq strategiyası qurmağa kömək edəcək. Hal-hazırda biz Azərbaycanı xəritədə regional marketinq mərkəzinə çevirmək məqsədilə həm öz spikerlərimiz, həm də partnyorlarımız Azercell və Paşa Bank ilə aktiv olaraq çalışırıq. Tədbirinin başlamasına bir ay yarım qalarkən artıq 200-dən çox qeydiyyatdan keçmiş nümayəndəmizin olması faktı göstərir ki, “Marketing Kingdom Baku” bu il ölkənin ən böyük biznes tədbirlərindən biri olacağını vəd edir. Biz tədbirlə maraqlanan, lakin hələ də qeydiyyatdan keçməyənlərə bunu mümkün qədər tez etməyi tövsiyə edirik.”



“Marketing Kingdom Baku” tədbiri London Olimpiya Oyunlarının Marketinq Direktoru tərəfindən keçiriləcək marketinqin bugünün iqtisadiyyatında olan əhəmiyyəti haqqında təqdimatla başlayacaq. Tədbirin qonaqları iki gün ərzində Yahoo! şirkətinin nümayəndəsi Marvin Liao, Lego Group şirkətindən olan Lars Siberbauer, həmçinin Microsoft, SAP və Coca Cola Hellenic-in nümayəndələri tərəfindən keçiriləcək sessiya və seminarlarda iştirak edə biləcəklər.


London Olimpiya Oyunlarının Marketinq Direktoru və Marketing Kingdom Baku tədbirinin əsas spikeri Greg Nugent bildirir ki, “Bu mənim Azərbaycana ilk səfərim olacaq və mən səbirsizliklə London Olimpiya Oyunlarındakı iş təcrübəmi yerli marketinq ictimaiyyəti ilə bölüşməyi gözləyirəm. Qlobal marketinq strategiyalarının hazırlanmasında bu kimi tədbirlər böyük rol oynaya bilər”.



“Marketing Kingdom”Avropanın ən böyük marketinq tədbiridir. 2011 və 2012-ci illərdə tədbir Belqrad, Zaqreb, Sarayevo və Tiflisdə keçirilmişdir. 2013-cü ildə tədbir Bakı ilə yanaşı, həmçinin Qazaxıstan və Rusiyada da keçiriləcək. Azərbaycanda bu tədbir ilk dəfə təşkil olunacaq.



Tədbir Azərbaycanın ən nüfuzlu şirkətləri tərəfindən dəstəklənir: ölkənin aparıcı mobil operatoru Azercell Telekomtədbirin Platinum Sponsoru, PAŞA BankQızıl Sponsoru, Peugeot Rəsmi Maşın, VIP Club Concierge Hesab.az Gümüş Sponsorlar,Bruketa & Zinic Baku tövsiyə olunan Reklam Agentliyidir.
Tədbirin tərəfdaşları və media partnyorları: Trend.az, BOUTIQUE jurnalı, biznesinfo.az, ANS TV, Facemark.az & Facemark TV, mak.az, Azərbaycan Marketinq Cəmiyyəti, jobs.day.az, AIESEC Azərbaycan, marketer.ge.


Marketing Kingdom Baku tədbirinə qeydiyyat haqqında daha ətraflı məlumat üçün, zəhmət olmasa, tədbirin rəsmi saytına daxil olun: http://www.thepworld.com/pevents/event/43/marketing-kingdom-baku