Marketing sevərlər, Sizlərə 2013-cü ilin aprel ayının 4-5-də Azərbaycanın ilk qlobal marketinq tədbiri “Four Seasons Hotel”-də baş tutacaq “Marketing Kingdom Baku”-nun partnyorlarından biri olmağımıza xəbər verməyə şadıq.



Tədbirin dəstəkçisi olaraq bir daha xatirladaq ki, bütün üzvlərimiz tədbirdə iştirak üçün 10% endirimdən yararlana bilərlər.


“Marketing Kingdom Baku” tədbirində qeydiyyatdan keçmək və endirimdən yararlanmaq üçün nümayəndələr info@thepworld.com ünvanına “Member of Facemark.az”mövzu başlığı ilə e-poçt göndərə bilərlər.



“Marketing Kingdom Baku”da iki günlük interaktiv sessiyada aşağıda qeyd olunmuş dünyanın ən tanınmış marketinq ekspertləri iştirak edəcək:


- Greg Nugent, Marketinq Direktor, London Olimpiya Oyunları


- Marvin Liao, Bazarın Genişləndirilməsi üzrə Sabiq Kommersiya Direktoru, Yahoo!


- Lars Silberbauer, Sosial Media Direktoru, LEGO Group


- Ian Hunter, Klaud Marketinq üzrə Qlobal Rəhbər, Fujitsu


- Timothy White, Rəqəmsal Kommersiyalaşdırma Rəhbəri, Novartis


- Chris Stock, İcraçı Direktor, FourThirds


- Irina Pashina, Marketinqin Lokallaşdırma Meneceri, SAP Global Marketing


- Tomas Jenssen, Korporativ Kommunikasiyalar Direktoru Yaxın Şərq və Şimali Afrika, Microsoft


- Mads Holmen, Planlaşdırma Direktoru, Go Viral


- Ania Jakubowski, Ticarət Qrupunun Kateqoriya Direktoru, Coca-Cola Hellenic


- Steffen Ruebke, Baş Menecer, Henkel Beauty Care



Mart ayının 15-dək qeydiyyatdan keçən hər kəsə tədbirin iştirak haqqı 459 avro, 15-25 mart arası qeydiyyat keçənlərə isə 509 avrodur. Lakin, Sizi ele indi qeydiyyatan keçməyə və üzvümüz olaraq 10%-lik endirimdən yararlanmağa səsləyirik.