AR Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti xidmətinin məlumatlarına əsasən sığorta 2013-cü ilin yanvarı üzrə Azərbaycan sığorta bazarı üzrə sığorta yığımları 53,919,354.01 manat olmuşdur. Ötən ilin analoji dövrü ilə müqayisədə bu rəqəm 45.72% artmışdır. Sığorta İlk onluğa daxil olan sığorta şirkətlərində də, dəyişiklik olmuşdur. 2012-ci ilin yanvarında onluqda yer almayan “İpək Yolu Sığorta” ASC bu ilin yanvar ayında 6288797.95 manatla ikinci yeri almışdır. “A-Group sığorta şirkəti” ASC isə 2013-cü ilin TOP 10-a daxil ola bilməmişdir. 962786.51 manat sığorta yığımı ilə 2013-cü ilin yanvar ayı üzrə sığorta yığımları cədvəlində 11-ci yeri almışdır. Yanvar 2013 sığorta yığımları üzrə ilk beş sığorta şirkətinə isə “Paşa Sığorta” şirkəti ASC (22357773.83 manat), “İPƏK YOLU SIĞORTA” ASC (6288797.95) manat, “Atəşgah Həyat” Sığorta şirkəti ASC (4886341.96 manat), “Atəşgah Həyat” Sığorta şirkəti ASC (2385029.36 manat) və “Atəşgah” Sığorta şirkəti ASC (2342705.25 manat) aiddir.



Ötən ilin yanvarı ilə bu ilin yanvarı üzrə TOP-10 sığorta şirkətləri aşağıdakı kimi olmuşdur:





Sığorta hadisələrinə görə ödənişlər isə 7,000,044.96 manat olmuşdur ki, ötən ilin analoji dövri ilə müqayisədə 59.11% artım deməkdir. Sığorta hadisələri üzrə ümumi ödənişlər isə, yığımlarla müqayisədə 12.98% olmuşdur. Ayrı-ayrı şirkətlərə gəldikdə isə, ən çox ödəniş edən şirkət “Paşa Sığorta” şirkəti ASC 1,142,828.60 manat olmuşdur. Şirkəti yığımlar ilə müqayisədə isə, 5.11% olmuşdur. İkinci yerdə isə Azərbaycan Respublikası DSK şirkəti (1,020,827.00 manat) olmuşdur.



Sığorta şirkətlərinin yığımlar üzrə reytinqi aşağıdakı cədvəldə verilmişdir:






TOP-10-a 2 həyat sığortası şirkəti də, daxildir ki, bunlar da, “Atəşgah Həyat” və “Paşa Həyat”-dır. TOP-10-dakı yığımların 7.1 milyon manatdan çoxu qeyd edilən 2 şirkətə aiddir. Həyat sığortası üzrə yığımlar isə 7,928,899.66 manat olmaqla, sığorta yığımlarının 14.71%-ni təşkil eləmişdir. Həyat sığortası üzrə sığorta ödənişləri isə 129,340.39 manat olmuşdur ki, bu da, ümumi sığorta ödənişlərinin 1.85%-i deməkdir.


Azərbaycan sığorta bazarının yığımlar üzrə hazırki durumu 2012-ci il ilin analoji dövrü ilə müqayisədə aşağıdakı kimi dəyişmişdir: