Müxtəlif tədbir və yarışlarda daimi sponsorluğu ilə seçilən "Auto Azərbaycan" şirkəti Azərbaycanın ilk Qlobal marketinq tədbiri olan və 4-5 Apreldə Bakıda keçiriləcək “Marketing Kingdom”-a Avropanın ən seçilən avtomobil markalarından biri olan Peugeot ilə sponsorluq edəcək. Dünyanın ən məşhur şirkətlərində yüksək vəzifə tutmuş nümayəndələri iki gün boyunca Azərbaycan marketoloqları ilə öz təcrübələrini paylaşacaqlar. Möhtəşəm bir şəkildə hazırlıqları davam edən tədbirdə iştirakçılara rəsmi avtomobil sponsoru Peugeot tərəfindən sürpriz hədiyyələr veriləcək. Həmçinin, Peugeot markasının Azərbaycanın rəsmi distribüteri Auto Azərbaycan tərəfindən yeni Peugeot modellərindən birinin təqdim olunacağı da gözlənilir. Bundan əlavə olaraq Peugeot Azərbaycanın müştəriləri tədbirdə iştirak üçün 10% endirim də əldə edə biləcəklər.