Siz bilirdiniz ki, müəyyən Twitter sorğuları vasitəsilə dostlarınızın yeniləmələri haqqında məlumatlı ola, bu yeniləmələri əlavə, həmçinin onları sevimli kimi qeyd edə bilərsiniz?


Artıq Bakcell ilə getdiyiniz istənilən yerdə Twitter cibinizdədir. İnternetə qoşulmadan Twitter sosial şəbəkəsində SMS vasitəsilə ünsiyyət qurun. Bu xidmətə qoşulma PULSUZdur!


Twitter-inizdə SMS-lə məlumatların yerləşdirilməsi çox asandır. Sadəcə 4040 qısa nömrəsinə mesajınızı göndərin və bir neçə saniyədən sonra öz Twitter-inizdə həmin məlumat əks olunacaq. Üstəlik, Siz seçdiyiniz dostlarınızın Twitter-dəki yeniliklərini SMS-lə pulsuz əldə edə bilərsiniz.


Hər SMS-in qiyməti Sizin tarif planınıza uyğun hesablanacaq.


Twitter SMS sorğuları haqqında daha ətraflı:


  • Aşağıdakı sorğuları öz mobil telefonunuzdan, və ya hər hansı bir digər proqramdan istifadə edərək göndərə bilərsiniz.
  • Məsləhət: Bu sorğulardan istifadə edərkən, @ işarəsini əlavə etməyin.
  • Sorğuları @ işarəsi ilə birgə göndərən zaman, sorğularınız istifadəçi adı kimi oxunacaq və lazımi qaydada icra edilməyəcək.
  • Nümunə: telefona bildirişlərin göndərilməsini aktiv etmək üçün @ON əvəzinə yalnız ON göndərin.

Mobil Twitter Yenilənməsinin aktivləşdirilməsi və deaktivasiyası


  • ON: Sizin bütün Twitter yeniləmələrinizi və bildirişləri aktivləşdirir.
  • OFF: Birbaşa mesajlardan başqa bütün yeniləmələri dayandırır. Birbaşa mesajları dayandırmaq üçün bir daha STOP göndərin.
  • STOP, QUIT, End, Cancel, Arret Unsubscribe: bütün telefon bildirişlərini deaktivasiya edir.
  • ON istifadəçi adı: müəyyən şəxs barədə bildirişləri aktivləşdirir. Nümunə: ON alissa
  • OFF istifadəçi adı: müəyyən şəxs barədə bildirişləri deaktivasiya edir. Nümunə: OFF blaine
  • FOLLOW istifadəçi adı: bu sorğu, müəyyən şəxs haqqında məlumat və SMS bildirişləri əldə etmək üçün istifadə edilir. Nümunə: FOLLOW Jerry, və ya qısa olaraq f Jerry.
  • LEAVE istifadəçi adı: bu sorğu, müəyyən şəxs haqqında məlumatların və SMS bildirişlərin alınmasını dayandırır. Nümunə: LEAVE benfu, və ya qısa olaraq l benfu.


Maraqlı sorğular: dostlar, sevimlilər və statistika!


Aşağıdakı sorğulardan şəxsi mesajlar göndərmək, sevimli Tvitləri qeyd etmək və s. üçün istifadə edin.


  • @ istifadəçi adı + mesaj

Cavab: göndərdiyiniz Tvit digər şəxsə göndərilmiş birbaşa cavab kimi görsənir, və onun “Cavablar” qoşmasında saxlanılır.
Nümunə: @meangrape Mən də bu mahnını çox sevirəm!


  • D istifadəçi adı + mesaj

Birbaşa mesajlar: istədiyiniz şəxsin elektron qurğusuna şəxsi mesaj göndərir, və veb arxivində qeyd edilir.
Siz həmçinin M istifadəçi adı + mesaj sorğusundan istifadə edib elə indicə şəxsi mesaj göndərə bilərsiniz!
Nümunə: d krissy Hələ ki, ordasan, gələndə mənə də Jamba şirəsi gətirmək istəməzdinmi? m krissy Hələ ki, ordasan, gələndə mənə də Jamba şirəsi gətirmək istəməzdinmi?


  • RT istifadəçi adı

Retweet: Hər hansı istifadəçinin son Tvitini Sizin barədə məlumatlar alan istifadəçilərə göndərir.
Nümunə: RT Charles


  • SET LOCATION yerin adı

Sizin hazırda olduğunuz yer barədə son məlumatı Profaylınızda qeyd edir.
Nümunə: set location San Fransisko


  • WHOIS istifadəçi adı

İstənilən Tvitter istifadəçisinin ümumi məlumatlarını təqdim edir.


Nümunə: whois jack, və ya qısa olaraq w jack.


  • GET istifadəçi adı

Müəyyən şəxs tərəfindən göndərilmiş ən son Tvitter yeniləmələrini təqdim edir


Siz həmçinin g istifadəçi adı sorğusundan da istifadə edə bilərsiniz.
Nümunə: get goldman, g goldman


  • FAV istifadəçi adı

Müəyyən istifadəçinin Tvitlərini sevimli kimi qeyd edir. (istənilən yeniləməyə FAV, FAVE, və ya FAVOURITE yazaraq cavab verin və onu real vaxt rejimində alırsınızsa sevimli kimi qeyd edin)


Nümunə: fav crystal, fave crystal, favourite crystal


  • STATS

Bu sorğu, Sizin haqqınızda məlumat əldə edən insanların sayını, Sizin neçə nəfər insan haqqında əldə etdiyiniz məlumatlar barədə və Sizin avtobioqrafik məlumatı təqdim edir.


  • HELP

help, info,aide sorğularını Twitter-ə göndərməklə faydalı məsləhətlər ala bilərsiniz.


  • SUGGEST

Bu sorğu Sizə maraqlı ola biləcək Twitter istifadəçilərinin siyahısını təqdim edir.


Önəmli Faktlar


  • Telefonunuzdan göndərilən ON/OFF istifadəçi adı sorğusu yalnız mobil telefona daxil olan bildirişləri deaktivasiya edir. Lakin İnternetdə həmin şəxs barədə yeniliklər Sizə daxil olacaq, çünki Siz hələ də bu istifadəçi barədə məlumatların əldə edilməsini İnternet vasitəsi ilə aktivləşdirmiş sayılırsınız. Bu səbəbdən SMS vasitəsilə deaktivasiya əməliyyatını həyata keçirməklə hər-hansı istifadəçini qadağan etmək mümkün deyil.
  • Aşağıdakı sorğular eyni əməliyyatı icra edir: FOLLOW = ON. Və LEAVE = OFF.
  • Telefonda müəyyən şəxs barədə məlumatları əldə etməklə Siz həmçinin İnternetdə də onun haqqında məlumat əldə edəcəksiniz.
  • Veb səhifəyə daxil olmadan hər-hansı şəxs haqqında məlumatların əldə edilməsini dayandırmaq mümkün deyildir. OFF, LEAVE, STOP, və QUIT sorğuları yalnız mobil vasitələrdə yeniləmələri dayandırır.
  • ON/OFF istifadəçi adı sorğularından telefonda istifadəsi mütləq deyil. Şəxsi bildirişlər istifadəçinin İnternetdəki şəxsi hesabından da idarə oluna bilər. Siz həmçinin twitter.com/friends daxil olub telefon bildirişlərinin seçənəklərini idarə edə bilərsiniz.