“1news.az”-ın verdiyi xəbərə görə 800 milyondan çox istifadəçisi olan, dünyanın böyük sosial şəbəkələrindən biri Facebook, öz şəxsi e-mail xidmətini istifadəyə verib.


Artıq öz poçt qutusunu almaq prosesi kifayət qədər sadədir. Şirkətin istifadəçilərə müraciətində bildirilir ki, şəxsi e-poçt almaq üçün “şəxsi mesaj” bölməsinə daxil olmaq və “Claim your Facebook email” düyməsini basmaq lazımdır.


Əgər sizin hesabınızın adresi http://www.facebook.com/nariman.abishev-dirsə, sizin poçt adresiniz nariman.abishev@facebook.com kimi olacaqdır.


Əgər sizin hələ də ictimai istifadəçi adınız (user name) yoxdursa, siz onu Facebookda qeydiyatdan keçməklə ala bilərsiniz.


Siz Facebook adresinin elektron poçtunu alan kimi Gmail, Hotmail, Yahoo kimi digər servislərdən də elekron poçtunu birbaşa gələnlər qutusuna (İnbox)
ala bilər və həmçinin də eyni yolla onlara cavab verə bilərsiniz.


Qeyd etmək lazımdır ki, bu gün Facebook istifadəçilərinin sayı Gmail, Yahoo və Hotmail kimi digər elektron poçt istifadəçilərinin sayından daha çoxdur. Və bu yolla sayt, şəxsi elektron poçt ünvanının da olduğu çox böyük sosial şəbəkələrdən birinə çevriləcək.


Belə ki, indi Facebookun gələnlər qutusu (İnbox) yalnızca Facebook istifadəçilərinin bir-biri ilə əlaqə saxlamaq üçün istifadə etdikləri bir vasitədir. Həmçinin də Facebook bu servisi həyata keçirməklə öz rəqiblərindən biri olan “Google”a zərbə vurmuş oldu, hansı ki, “Gmail” indi bu sahədə ən çox itifadə olunan poçt servislərindən biridir.


Qeyd edək ki, bu yaxınlarda “Google” Facebooka ən böyük rəqib olan öz sosial şəbəkəsi “Google+”u istifadəyə verib.


Ancestry.com-un yaradıcısı və ekspert Paul Allenin verdiyi məlumata görə 27 dekabrda artıq Google+ sosial şəbəkəsində qeydiyyatdan keçən istifadəçilərin sayı 62 milyona çatmışdır. Bu da onu göstərir ki, bu il fevral ayının sonunda bu sosial şəbəkədən istifadə edənlərin sayı 100 milyon, avqustun əvvəlində 200 milyon, 2012-ci ilin sonunda isə 193 milyona çatacaqdır.


Ekspertlərin verdiyi məlumata görə Google + “Google”un digər xidmətlərinə nəzərən daha çox populyarlıq qazanacaq və istifadə olunacaqdır, xüsusi ilə gündən-günə daha da populyar olan Android sitemini qeyd etmək lazımdır.


İndiki dövrdə Androidi istifadə edənlərin sayı 700 minə çatmışdır, bu da o deməkdir ki, “Google+”dan istifadə edənlərin sayı 2012-ci ilin sonuna kimi 400 milyona çata bilər.


Həmçinin qeyd edək ki, bəzi ekspertlər, eləcə də Facebookun yaradıcısı Mark Zukerberqin dediyinə görə 2012-ci il sosial şəbəkənin aktiv istifadəçi sayı 1 milyard olacaq ki, bu da ümumi dünya əhalisinin yeddidə birini təşkil edəcək.


Hələ 2010-cu ildə Facebook istifadəçilrənin sayı 500 milyona çatdığı bir vaxtda, onun yaradıcısı Mark Zukerberq istifadəçilərin sayının 1 milyarada çatacağını 100 faiz əminliklə bildirmişdir.


2011-ci ildə Facebookun verdiyi məlumata görə onun artıq 800 milyondan çox istifadəçisi var idi.


Facebook 2004-cü ilin fevralında Harvard Universiteninin tələbələri Mark Zukerberq, Dastin Moskovitz, Kris Hughes və Eduardo Saverin tərəfindən universitet üçün sosail şəbəkə yaratmaq arzusu ilə yaranıb.


Şirkət qiyməti 10 milyard olan aksiyalar yerləşdirəcək ki, bu da internet aləmində rekord bir həddir.