İlk diqqətini çəkən “hədəf” sözü oldu yəqin və sonra da daha da maraqlı bir şey, hansıkı hədəfi də unutdurdu. Bu DNB –dir bilirəm. Bu nədir dedin və başladın bu məqaləni oxumağa.
DNB nədir? DNB (D-dünyada, N-nömrə, B-bir) dünyada nömrə bir olmaq deməkdir. Dünyada seçdiyin sahə üzrə bir nömrəli mütəxəssis olmağı hədəfləməkdir. Bəlkə də deyirsən bu nəyə lazımdır ki, yaşayıram də həyatımı hər şey normaldır. Bu düşüncə ağlına gələ bilər və normaldırda. Əgər belədirsə o zaman bu məqaləni də heç oxuma elə burada yarımçıq saxla və get normal həyatını yaşamağa davam elə. Amma hələdə oxuyursansa və burə kimi də gəlmisənsə o zaman təklifim budur ki, bura kimi oxudun burda yarımçıq saxlama. Davam elə, bəlkə irəlidə oxuyacaqların arasından sənə elə bir fikir gələcək, elə bir sözə və ya cümləyə rast gələcəksən ki, yaxşıkıdə oxudum deyəcəksən. Ya da tam əksini, Allah bilir. Oxu görək nə olacaq.
DNB olmaq bir yana dursun bəlkə heç doğru-düzgün hədəfin də yoxdur. Doğru-düzgün hədəf necə olur ki, var da hədəflərim bunu istəyirəm, onu istəyirəm, arzulayıram və.s deyirsən yəqin indi amma bunlar heç biri hədəf deyil. İnanmırsansa sənə sübut. Dünən ya da bir neçə gün vəya həftə əvvəl istədiklərin çox şey vardı amma indi onlar heç yadına da düşmür. Bugün istədiklərin. Arzuladıqların. Xəyalında canlandırdıqlarında bir müddət sonra belə olacaq. Amma hədəf fərqlidir. Hədəf yazılmış olur ilk öncə. Sonra planların , strategiyan olur o hədəfə çatmaq üçün, atacağın addımları, edəcəyin seçimləri, verəcəyin qərarları, tanış olacağın, görüşəcəyin, biznes münasibətləri quracağın insanları təyin edirsən. Daha sonra bir vaxtı da olur hədəfinin. Yəni nə vaxt bu hədəfinə çatacağını göstərən bir tarix. Və hədəfdən asılı olaraq dəyişən bir çox digər önəmli xüsuslar.
İndi daha yaxşı anlamalı olmalısan ki istəklər, arzular və xəyallar hədəf deyil. Bunlar arsında ciddi fəqlər var.
İndi hədəfin yoxdursa DNB haqqında danışmağa dəyməz. Amma bəlkədə bunun möhtəşəmliyi səni dəqiq bir hədəf seçməyə ya da, hansısa zehnindəki, xəyalı, ürəyindəki arzunu konkretləşdirməyə və onu bir real hədəfə çevirməyə səbəb olar.
Bir anlıq düşün tam bu günkü gündən 10 il keçib və sən seçdiyn sahədə həqiqətən də dünyanın nömrə biri olmusan ya da dünyadaki ən məşhur, tanınan ən uğurlu insanlardan biri. Bu halda həyatının neccə olacağını düşün. Münasibətlərinin səviyyəsini və keyfiyyətini düşün, həyat tərzin necə olacaq bir anlıq zehnində canlandır.
Indi isə düşün ki, hədəf də seçmədin. DNB olmağı da və normal həyatını yaşayırsan və artıq 10 il keçib və bu həyatınla onun arasında artan yaşın , dizlərində duz və revmatizma ağrıları gözlərindəki zəiflik bədənin gücsüzləşməsi və edəcəyin çox şey olmadığına, həyatında artıq ciddi dəyişikliklər edə bilməyəcəyinə inanmısan və bunu qəbul etmisən. Artıq daha çoxunu edə biləcəyini, daha çoxunun mümkün ola biləcəyini bildiyin halda könüllü mövcud şərtlərə boyun əyib təslim olmsan. Halını soruşanlara saxta təbəssümlə yaxşı olduğunu amma müntəzəm olaraq da için-için özünü suçlayırsan. Bu məqaləni oxuduğun bu günü xatırlayırsan və məhz orda o anda verəcəyin fərqli bir qərarla özünün həyatını tamam fərqli bir yerə gətirə bilmiş olacağının mümkünlüyünü amma bunu məhz sənin etmədyini sənə pıçıldayan o iç səsinin, səssiz hayqırışları qarçısında artıq çox gec olan bir peçmaçılığı yaşayır və səssizcə və həsrətlə dərindən keşkələr çəkirsən.
Ya da ki azad seçimin ola bilər və DNB olmağı özünə hədəf kimi seçməzsən və normal həyatını yaşamağa davam edərsən və bu seçimini şüurlu sürətdə etdiyindən heç peşmaçılıq da duymazsan.
Bir anlıq bunların hər birini düşün, özünü o yaşda , o yerdə o anda düşün və bax gör hansı seçmiş olmağı istəyərdin və indi onu seç ki sonra mənasız yere keşkə deməyəsən.
DNB olmaq üçün etməli olduğun ən önəmli şey bunu deməkdir. Bunu ən inandırıcı, ən qəti, ən ciddi şəkildə özünə deməyin bu işin həm başlanğıcı həm də sonudur.
Istədiklərimizə, planladıqlarımıza çatmamanın, onları əldə edə bilməmənin ən önəmli səbəblərindən biri, bu hədəflərimizdə ciddi olmamağımız ikincisi isə bunları niyə istədiklərimizə tutarlı bir cavabımızın olmamasıdır. Nitşe niyəsi olan, necəsinə qatlanar deyərkən də, bu tutarlı səbəbi vurğulayırdı.
Sadəcə anlıq bir həvəsə görə bir hədəf seçirsənsə, sənin də o hədəfin üçün edə biləcəklərinin miqdarı o həvəsin getdiyi, yox olduğu ana qədər olacaq ki, ən çox itirdiklərimiz arasında da həvəslərimiz ilk sıralarda yer alırlar. Bu gün varlar, sabah yox.
Uğurlu insanları, uğursuz olanlardan ayıran o əsas səbəbi bilirsən yəqin?! Uğurlu insanlarda uğursuz insanların etməkdən xoşları gəlmədikləri şeyləri etməyi xoşlamırlar amma bunu etməyi istəsələr də, istəməsələr də bunu edirlər və bu ən önəmli səbəbdən dolayı da uğurlu olurlar. Bunu etmələrini təmin edən əsas faktor isə onların niyəsinin digərlərinkindən çox daha ciddi və güclü olmasıdır.
Ardı var...