Ailə TV kabel televiziyası operatoru rəqəmsal yayım formatında yayımlanan kanalların sayını artırıb. Bununla əlaqədar olaraq artıq iki yeni kanal rəqəmsal yayımın baza paketinə əlavə edilib və bu gündən etibarən abunəçilər “Загородная жизнь" və "Мужской" telekanallarına da baxa biləcəklər.
Rəqəmsal yayıma əlavə edilmiş telekanallar müasir həyatımızda aktual məsələləri işıqlandırır və artıq yeni iki kanalın əlavə edilməsi nəticəsində rəqəmal yayımın baza paketində kanalların sayı 89-a çatdırılıb.
Qeyd edək ki, yeni əlavə edilmiş kanalları izləmək üçün abunəçilər öz rəqəmsal resiverlərində avtoaxtarış və ya əllə axtarış sistemini işə salmalı və 450 МГц tezlik sistemində axtarış aparmalıdırlar.
Kabel televiziyası operatoru kanalların sayını periodik olaraq artırır və kanal artımı təkcə rəqəmsal yayımın baza paketində deyil, eləcə də “Ailə +”, “Sport”, “Sport +”, “Kino” və “Xarici” kimi əlavə paketlərə də şamil edilir.
Müxtəlif yerli və xarici kanalları yayımlayan Ailə TV, Bakı və Gəncə şəhərlərinin ən böyük rayonlarında kabel televiziyası yayımı həyata keçirir və özünün optik şəbəkəsini genişləndirir.
Bu gün Ailə TV kabel operator televiziyası tərəfindən analoq yayımda 65, rəqəmsal yayımda 155-dən çox, HD yayımda isə 5 yüksəkdəqiqilikli kanal yayımlanır.
Şirkət öz fəaliyyətində qabaqcıl fiber-optik texnologiyadan istifadə edir.