Sual doğuran ifadədir. Çoxunun ağlına belə bir sual gəlir “nə baş verər?” və yaxud “nə olar?” Əslində ad bele olmalı idi: Sığorta nəhəngi satılarsa. Çünki söhbət sığorta nəhəngindən gedəcək bu yazıda. Qarlı bir yanvar gündə oxuduğum maraqlı xəbəri sizlərlə paylaşmaq fikrinə düşdüm. Düşündüz ki, uzun cümlədir. Amma maraqlı xəbərdir. İtaliyada bir sığorta şirkəti var: Generali Assicurazioni. Həm də, təkcə İtaliyada yox. Dünyanın 60-dan çox ölkəsində. Amma İtaliyadakı Generali Assicurazioni-nin CEO-su Mario Greco Türkiyənin Yapi Kredi Sigorta şirkətini almaq barədə fikirlərini bildirmişdir. O qeyd etmişdir ki, Şqi Avropadaki durumlarını daha da, gücləndirmək məqsədi ilə Yapı Kredi Sığortanı almaq niyətindədirlər. Generali qrupu Türkiyədə Generali Sigorta adı ilə fəaliyyət göstərir. Yapı Kredi Sığortanın alınması ilə bağlı hazırda gərgin işlər getdiyini bildirən Greco onu das qeyd etmişdir ki, anlaşma ən qısa vaxt ərzində imzalanacaqdır. Həmçinin o, Türkiyəni önəmli bir bazar hesab etdiyini qeyd etmişdir. Hazırda Yapı Kredi Sığortanın 53.1%-lik hissəsi Yapı Kredi Banka məxsusdur. Səhmlər ümumilikdə isə aşağıdakı kimi bölünmüşdür:



Səhmlər


Faiz


Yapı Kredi Bank


53.1%


Müxtəlif


33.69%


Yapı Kredi Faktorinq


7.95%


Yapı Kredi Yatırım Menkul Değerler


5.26



Onu da qeyd edim ki, GENERALI Assicurazioni S.p.A. İtalyanın ən böyük, Avrupanın isə üçüncü ən büyük sığorta şirketidir. 1831 ci ildə Avstryalı bir qrup tacir tərəfindən yaradılan şirkət 60-dan çox ölkədə mövcuddur. Dünya üzrə 70 milyondan çox müştərisi var və 85000-dən çox işçisi var. Bu qədər düşündüm ki maraqlı olar odur ki, yazdım.