Məni bu yazını yazmağa vadar edən səbəb dünən eşitdiyim xəbər oldu. Belə ki, Kolumbiyada uşaqları silahlı insidentlərdən qorumaq üçün zirehli gödəkcə istehsalına başlanılacaq. Bu cür vəziyyəti ancaq “Keçi can hayında, qəssab isə piy axtarır” kimi adlandırmaq olar. Firma bu məhsulla bazara çıxmaqla təbii ki, mənfəət, əldə edəcək. Yalnız mənfəət.
F.Kotlerin marketinqə verdiyi tərifdə mənim diqqətimi çəkən məqam-istehlakçının firma üçün ali dəyər olduğu inamını yaratmaq. Amma bu firma insanlarda bu inamı yarada biləcəkmi? Xeyir. Buradan açıq-aşkar görünür ki, firmanın məqəsdi yalnız və yalnız mənfəət əldə etməkdir. İnsanların hörmət və etibarını qazanmaqdan imtina edir. Zirehli gödəkcə nə edəck ki? Slahlarımı susduracaq? Yox! Sadəcə olaraq, inanlarda qanlı hadisələrə qarşı etiraz səsini ucaltmağa imkan verməyəcək. Cəmiyyətin qanayan yarasından öz məqsədləri üçün sui-istifadə edənlərə işgüzarlıq deyil də, fürsətçilik, işbazlıq adlandırmaq olar. Təəssüf ki, biz belə insanlarla çox zaman rastlaşırıq. Yaxşı olardı ki, həmin firma cəmiyyətlə birlikdə bu cür qanlı olaylara etiraz etsin.
Öz mənfəətini düşünməklə qələbə deyil, məğlubiyyət qazanmaq olur. Zirehli geyimlərlə yalnız mənfəət əldə etmək olar. O da ki bir müddət. İnsanlarda həmin firmaya, onun markasına bağlılıq olmayacaq. Çünki istehlakçı bilir ki, bu firmanı mən deyil də, mənim pulum maraqlandırır. Əgər istəyirsinizsə ki, mənfəət əldə edəsəniz və insanlarda inam, etibar yaratmaqla firmanınızın daimi müştərisinə çevirəsiz, onda mütləq istehlakçınızı başa düşün, ona hörmətlə yanaşın, onun maraqlarını qoruyun. Bunları etsəniz siz həmişə bazarda mövcud olacaqsız.
İndi siz deyin, mənfəət yoxsa hörmət?