Reklam və marketinq sahəsində effektiv və yaradıcı layihələri mükafatlandıran “Felis Azərbaycan”a müraciət 15 avqust tarixində başlayacaq.
Hər il qəbul etdiyi müraciət sayı ilə öz rekordunu təzələyən, Türkiyədə artıq 19 ildir ki, reklam və marketinq sənayesinin nəbzini tutan “Felis Mükafatları” 2 il fasilədən sonra Azərbaycandakı fəaliyyətinə davam edir. Artıq hər 2 ildən bir təkrarlanacaq “Felis Azərbaycan”a qeydiyyat 15 avqustda başlayacaq.
Oyunun qaydalarını dəyişən, maraqlı və təsirli layihələr 7 əsas bölmə altında dəyərləndiriləcək:
Marka mesajını çatdırmaq üçün istifadə olunan orijinal və yaradıcı dizaynların yarışacağı “Design & Branding” bölməsi;
Ənənəvi və innovativ “out of home” işlərinin yarışacağı “Outdoor” bölməsi;
Onlayn, müasir, kreativ və texnoloji həlləri ilə marka dəyərini artıran rəqəmsal və mobil layihələrin yarışacağı “Digital & Mobile” bölməsi;
Yaradıcı media layihələrinin yarışacağı “Media” bölməsi;
Unikal, həmçinin yaradıcı reklam kampaniyalarının yarışacağı “Advertising Campaigns” bölməsi;
Televiziya, film və onlayn platformalar üçün hazırlanan reklam filmlərinin yarışacağı “Film” bölməsi;
İstehsal və ya istehsaldan sonra tətbiq olunan texniki bacarıqların dəyərləndiriləcəyi “Film Craft” bölməsi.
Başqa sözlə, reklam və marketinq sənayesində effektiv yaradıcılığın əhəmiyyətini vurğulayan və yaradıcı dünyaya dəyər qatan bütün komandaların uğurlarını dəyərləndirən “Felis Mükafatları” Azərbaycandakı yaradıcı layihələr və onları ərsəyə gətirən kreativlərlə görüşəcək.
Daha detallı məlumat üçün “Felis Azərbaycan”ın veb-saytını və sosial media hesablarını izləyə bilərsiniz.
Veb-sayt: https://felisazerbaijan.com/
FB, Twitter, Instagram: @felisazerbaijan