Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 97-ci ildönümü qeyd olunub.


Facemark.az xəbər verir ki, xəbər verir ki, əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səsləndirilib.


Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi, polkovnik Vanq Lei Çin ordusunun yaranmasından və onun möhkəmləndirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışıb.


"Belə tədbirlər Çin və Azərbaycan arasında qarşılıqlı dostluq və təcrübə mübadiləsi üçün yaxşı fürsətdir. Müasir dövrdə bütün ölkələr bir-birindən asılı və bir-biri ilə sıx bağlıdır.


Bu mürəkkəb vəziyyətlə qarşılaşdıqda Çin Xalq Respublikasının Sədri Si Cinpin ordunun döyüş qabiliyyətini artırmaq üçün müasir texnikanın tətbiqinin zəruriliyini qeyd edib.


Çin Azadlıq Ordusu milli mövcudluq, müstəqillik, xalqların azadlığı, regional sabitlik və dünyada sülhün bərqərar olması üçün qəhrəmancasına mübarizə apararaq milli suverenliyin mühafizəsi, təhlükəsizliyin təminatı və dünyada sabitliyin qorunmasında mühüm rol oynayıb. Çin xalqı daima sülhsevərliyi ilə tanınıb. Çin dövləti dinc inkişaf yoluna sadiqdir və həmişə aktiv müdafiəyə əsaslanan milli müdafiə siyasəti yürüdüb. Çin Silahlı Qüvvələri öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, dünyada sülhün möhkəmlənməsi üçün əməli tədbirlər görür.


97 il Çin ordusu ölkənin rifahı, təhlükəsizliyi və suverenliyi üçün ciddi dəstək göstərib. Çin daim aktiv müdafiə siyasətini tətbiq edir. Bəşəriyyətin rifahına çalışır və ortaq gələcək qurur. Çin Xalq Azadlıq Ordusu daim inam və qətiyyətə malikdir", - deyə hərbi attaşe əlavə edib.