Bir yaxınım mənə demişdi: elə bir sual var ki, bir işi görəndə o sualı versən daha çox faydalanacaqsan. Həm də, bu sualı nə qədər çox versən o qədər çox faydalı olacaq sənə. O bunu bir filmdə eşitmişdi. Yox tanışlarım, yaxınlarım haqqında deyil bu yazı. Maraqlı sual haqdadır. Maraqlı sual..Bu mənə nə verir? Yaxınımın mənə dediyi andan hər bir işimdə daha çox “bu mənə nə verir?” sualını verdim. Bu gün də, verirəm. Bu yazı mənə nə verir? Mənəvi zövq. Yazdıqca daha rahat oluram. Ələxsus sığorta haqqında yazanda. İndi əziz oxucum düşünür ki, axı yazı sığorta haqda deyil. Amma əzizim oxucu hələ yazı bitməyib. Odur ki, səbr elə. Sığorta haqqında söhbət düşəndə çoxları istehza ilə bu sualı verir. Bu mənə nə verir? Sığorta nə verir? Əvvəl də, bu tip yazı yazmışdım. Yenə də, yazıram. Təkcə bizdə deyil. Bütün MDB-də inamsızlıq var sığortaya. Amma hər ölkədə fərqli-fərqli. Səbəb də, inkişaflarıdır. Təkcə iqtisadi yox. Sosial-psixoliji və sair səbəblər var. Həm də, böyük dəyişikliklərdən sonra bütün keçmiş SSRİ-da sığortaya və sair maliyyə institutlarına inamsızlıq yaranmışdır. Amma dəyişir. Yaxşılığa doğru. İnkişaf getdikcə sığorta daha da, əhəmiyyətli və inanılan olur. Elə bu məqsədlə də, yazıram. Bazar iqtisadiyyatına keçid. Pis yaxşı inkişaf nəticəsində sığorta şirkətləri yaranmağa, dağılmağa, yenidən formalaşmağa başladı. Müstəqilliyin əvvəllərində Azərbaycanda çoxlu sayda sığorta şirkətləri yaranmışdı, eynən həmin dövrdəki banklar kimi. Vaxt keçdikcə azaldı. Hazırda 28 sığorta şirkəti yoxdur. Məncə əla şirkət yoxdur. Amma yaxşıları var. Hamısı yaxşıdır. Qayıdaq suala bu mənə nə verir. Əziz oxucu sığorta sənə onu verir ki, indi xərcləməklə gələcəkdə ziyana düşməyəsən. Gələcəkdə daha əmin və güvənli olasan. Çünki həyatdır da, o qədər işlər gələ bilər ki, insanın başına.
Sığorta - qəza, fəlakət, oğurluq və s. hadisələr nəticəsində itkiyə məruz qalmış şəxsi əvvəlki maliyyə vəziyyətinə qaytaran və ya maddi zərəri minimuma endirən vasitədir. Çox yazmayacam onsuz da, kifayət qədər şərhlər olacaq. Sığortanı pisləyənlər bu yazımdan sonra öz “gözəl” şərhlərini əsirgəməyəcəklər. Elə ondan ötrü də, yazıram ki, onların fikirlərinin tərzini öyrənim. Çox maraqlıdır. O ki, qaldı qeyd etdiyim 28 şirkətə...bəli əlası yoxdur. Yaxşısı var. Heç birinin adını çəkməyəcəm. Sonda bizim sığorta bazarında olan problemə diqqətinizi çəkəcəm. Problem inamsızlıqdır. Bu problemdən dolayı mənfi imiclər yaranır şirkətlər haqda. Bu mənfi imiclər də, birləşib inamsızlıq yaradır. İnamsızlıqdan inamsızlıq doğur və buna qarşı çıxan olmasa bu sonsuza qədər davam edəcəkdir. Mənim isə bir təklifim var. Gəlin buna qarşı çıxaq. İnamsızlığa. Məsələ ondadır ki, bir kəs bir şey haqqında məlumatlı olmadıqda ondan qorxmağa başlayır. Bizim sığortada da bu var. Şirkətlər müştərilərini tam yaxşı tanımadıqlarından onlardan (onları aldadacaqlarından) qorxur. İnsanlar da, sığortadan az məlumatlı olduqlarından qorxur və sığorta şirkətlərinə inanmır. Üstəgəl keçmişin mənfi təəssüratları bunu daha da sərtləşdirir. Amma reallıqda əla insan olmadığı kimi əla şirkət də, yoxdur. Amma yaxşıları var. Odur ki, bu yazını oxuyan hər kəsi inamsızlğı üstələməyə çağırıram. Yəni daha çox bilgilənməyə. Daha məlumatlı olmağa. Bu kiçik bir təklif idi. Müsbət qəbul edənlərin rəyi daha çox maraqlıdır.
Sizlərdən cavab ümidi ilə Ceyhun Qubatov