Sosial şəbəkənin Android iOS əməliyyat sistemi ilə işləyən smartfonlar üçün nəzərdə tutulmuş messencerlərində səsli məlumatların ötürülməsi funksiyası peyda olub. Səsli məlumat funksiyasını işə salmaq üçün smartfonda Facebook çatını işə salmaq, sonra "Dostlar" siyahısında gərəkli kontaktı seçmək, "Plus" düyməsini basmaq və açılmış menyuda "Vloice Reocord"u klikləmək gərəkdir.

Yazılmış səs çata ötürüləcək. Yazılışın müddəti 1 dəqiqə ilə məhdudlaşdırılıb.

Facebook daha sonra çatına səsli zəngləri əlavə edəcək. Daha doğrusu, bu funksiya artıq iOS üçün olan "Facebook Messenger" proqramına əlavə olunub. Lakin hələlik bu funksiyadan yalnız Kanada sakinləri yararlana bilərlər. Başqa ölkələrin vətəndaşları yaxın həftələrdə funksiyadan yararlana bilərlər.

Ekspertlərin fikrincə, Facebook "inqilab"a başlayıb və mobil rabitə şəbəkələrinə meydan oxuyur.
Sosial şəbəkə SMS-lərlə yanaşı, Skype-ı əvəzləyən servisi istifadəyə verməyə hazırlaşır.