Motorola-nın adaptiv displey konsepsiyası nəhayət reallığa çevrildi, bəzi texnoloji redaktorlar onu sınaqdan keçirdilər və öz şərhlərini paylaşdılar. İlk reaksiyalar çox müsbətdir.


Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Təxminən 20 ildir telefonlar dedikdə ağlımıza onların qarşısında böyük, toxunma ekranı olan statik cihazlar gəlir. Bununla birlikdə istehsalçılar fərqli konseptləri də sınayırlar və cüt ekran, üçlü ekran, qatlana bilən ekran kimi fərqli forma və istifadə alternativləri təklif edilir. Ən çox gözlənilən və maraqla qarşılanan texnologiyalardan olan kağıza bənzər qatlanan ekranlar nəhayət reallığa çevrilməyə yaxındır.


6,9 düymlük FHD + poOLED ekrana malik bu konsept cihazı müxtəlif formalarda əyilmək qabiliyyətinə malikdir. Bu, qatlanan ekranı bilək ətrafına bükərək onu bilərzik kimi istifadə etməyə və ya başqa bir şeyə çevirməyə imkan verir. Motorola tərəfindən ilk dəfə Lenovo Tech World sərgisində nümayiş etdirilən cihaz bəzi texnologiya məzmun istehsalçıları tərəfindən də sınaqdan keçirilib. Çox böyük ekranlı qolbaq kimi sabitlənə bilən cihazın ekranı bu rejimdə tam istifadə oluna bilər.