“WhatsApp”ın “2.24.4.25” kodu ilə Android beta versiyasında diqqətçəkən xüsusiyyət aşkarlanıb. Qarşıdan gələn funksiya istifadəçilərin profil şəkillərinin skrinşotlarını çəkməsinə mane olacaq.


Facemark.az xarici mənbələrə istinadən xəbər verir ki, Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan WhatsApp bütün istifadəçiləri razı salacaq təhlükəsizlik xüsusiyyəti ilə gəlir. Tətbiqin "2.24.4.25" kodlu Android beta versiyasında paylanmış bu yeni funksiya istifadəçilərin profil şəkillərinin skrinşotlarını çəkməsinə mane olacaq. Beləliklə, istifadəçi məxfiliyi daha da artırılacaq.


Əslində, WhatsApp-da profil şəkilləri hətta illər əvvəl telefonlarda saxlanıla bilərdi. Ancaq təxminən 5 il əvvəl yeniləmə çıxaran WhatsApp bu funksiyanı ləğv etdi. O vaxtdan bəri istifadəçilər telefonlarının skrinşot funksiyası ilə digər insanların şəkillərinə daxil ola bilirlər. İndi sınaqdan keçirilən xüsusiyyət bu vəziyyəti də aradan qaldıracaq.