Populyar WhatsApp tətbiqi Android-də beta versiyasında kodların, sitatların və siyahıların paylaşıla biləcəyi yeni mətn formatlarını sınaqdan keçirir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Android beta versiyasında sınaqdan keçməyə davam edən WhatsApp kodlar, sitatlar və siyahıları paylaşmağa imkan verəcək yeni alətlərlə söhbətlərdə mətnlərin formatını təyin etməyi asanlaşdıracaq. Beləliklə, WhatsApp mesajlarının oxunaqlılığı artacaq və onları təşkil etmək daha asan olacaq.


Bu funksiyalar hazırda yalnız Android cihazlarında WhatsApp beta versiyası üçün əlçatandır , lakin bu funksiyaların tezliklə bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir. Beləliklə, siyahı yaratmaq üçün artıq qeyd yaratma proqramlarına ehtiyac qalmayacaq və istədiyiniz məzmun qarşı tərəfə istənilən formatda çatdırıla bilər.