ExtraHop şirkətlərin şəbəkələri üçün potensial təhlükələrin aşkarlanması və onlara qarşı tədbir görülməsi üzrə ixtisaslaşmışdır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən ExtraHop şirkəti mövcud investorlarından 100 milyon dollar sərmayə alıb. Crunchbase məlumatlarına baxdığımızda şirkətin hazırkı investorları arasında Meritech Capital Partners , Madrona, Marc Andreessen, Ben Horowitz, Technology Crossover Ventures kimi adlar önə çıxır . Bunu da qeyd edək; ExtraHop 2021-ci ildə Bain Capital Private Equity və Crosspoint Capital Partners tərəfindən 900 milyon dollar dəyərində sövdələşmə ilə alınıb .


ExtraHop, biznes sahəsini genişləndirmək üçün 100 milyon dollarlıq yeni investisiyadan istifadə edəcəyini açıqlayıb.


2007-ci ildə Jesse Rothstein və Raja Mukerji tərəfindən təsis edilmiş ExtraHop şirkətlərin şəbəkələrində potensial təhlükələri aşkar etmək və onlara qarşı tədbirlər görmək üzrə ixtisaslaşmışdır. Məlum olduğu kimi, bu təhdidlərə hakerlər və ya zərərli proqramlar kimi təhlükəsizlik riskləri daxildir.


ExtraHop daim şirkətlərin şəbəkələrini izləyir və qabaqcıl texnologiyalar və süni intellekt kimi metodlardan istifadə etməklə potensial təhlükələri müəyyən edir. Bunlardan qorunma təmin edir. Şirkət tərəfindən təklif olunan Reveal(x) adlı proqram platforması bu cür təhlükələri aşkar etməyə və qarşısını almağa kömək edir. Bu yolla, ExtraHop korporativ şəbəkələrdə təhlükəsizliyin təmin edilməsində və hakerlik kimi təhlükələrlə mübarizədə dəstək təklif edir.


ExtraHop korporativ şəbəkə təhlükəsizliyində mühüm rol oynayır. Çünki bu gün şirkətlərin rəqəmsal fəaliyyətləri getdikcə mürəkkəbləşir. Onların şəbəkələrində yarana biləcək təhdidlərin qarşısını almaq çox vacibdir.


700 nəfərlik komanda ilə fəaliyyət göstərən şirkətin illik gəliri təxminən 200 milyon dollardır.