Britaniyanın Financial Times qəzetinə verdiyi müsahibədə Arçelik CEO-su Hakan Bulgurlu 2024-cü ilin Avropa dayanıqlı əşya bazarı üçün çox çətin ola biləcəyi barədə xəbərdarlıq edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Arçelik CEO-su Hakan Bulgurlu, yüksək enerji qiymətlərinin və artan borclanma xərclərinin istehlakçılara zərbə vuracağından gələn ilin Avropa məişət texnikası bazarı üçün çox çətin olacağını xəbərdar edib. Financial Times qəzetinə danışan Bulgurlu, Avropa ağ əşya bazarının 2024-cü ildə vahid satış əsasında yüzdə 5 daralmasını gözlədiklərini bildirib.


"Biz bütövlükdə Avropa üçün çox aşağı iqtisadi artımı proqnozlaşdırırıq", - deyə o qeyd edib. Xüsusilə zəif nöqtə kimi Almaniyaya işarə edən Bulgurlu, Avropanın iqtisadi gücünün həqiqətən də yavaşladığını söyləyib.