Yaponiya və Cənubi Koreya sabit və yüksək mobil internet yayılma səviyyəsinə görə nümunə çəkilcəkək ölkələrdən biridir. Çünki Yapon bazarı mobil internet və sosial media arasındakı əlaqəni sınamaq üçün ideal imkan verir. Mixi Yaponiyanın ən məşhur ictimai web şəbəkələrində biridir. Son üç ildə bu web şəbəkəyə mobil internet vasitə ilə baxış 17% dən 72% faizə kimi qalxmışdır.
Telefon istehsalçıları
İnformasiya Texnologiyaları (İT) və Telekommunikasiya arasındakı əlaqə telekommunikasiya sənayesi ilə bağlı şəbəkə infrastrukturunun istehsalçılarına və servis provayderlərinə daha çox təsir göstərmişdir. Bəziləri mübahisə edəcək olsa da smartfonlarda mobil internetin yayılımı daha yüksək faiz təşkil edir. Smartfon bazarında "NOKİA"nın payı 2007 – ci ildə 50%, 2010 – cu ildə isə 33.1% - ə kimi aşağı düşmüşdür. Bu şirkət üçün ciddi qorxu yaradaraq nəticədə “Microsoft”la strateji əməkdaşlığa gətirib çıxarmışdır.
Mobil internetə ən çox gəlir gətirənlərdən biri APPLE olmuşdur. 2007 – cil ilin iyul ayında iPhone buraxıldığı zaman GPRS/EDGE internet bağlantısına əsaslanmışdı. 2008 – ci ildə isə iPhone 3G bazara buraxılmışdır. Ən maraqlı olanı odur ki , bazarda olduğu 5 rüb ərzində 6.124.000 ədəd satılmışdır. Həqiqətən çox təsiredicidir. Daha da təsirlisi odura ki, iPhone 3G 2024000 dəst satılmışdır. Təbii ki, onun bu qədər çox alınmasının səbəbi insanların şirkətə olan inamı idi. Və mütləq şəkildə 3G buraxılışının internetin inkişafına olan təsrini qeyd etmək lazımdır.
Mobil Operatorlar , Servis provayderləri
Apple - nin həqiqətən öz sferasında ən güclü olduğu və həqiqətən çox gəlir gətirdiyi “Deutsche Telekom” Texnologiyası rəhbəri Oliver Baujard tərəfindən də qəbul olunub. E-bankçılıq sayəsində insanlar baş verən hər hansısa yenilikləri ovuclarının içinə alırlar. Bu əsasən daha çox pul xərcləyən müştərilər üçün vacibdir.
Mobil xidmət provayderləri üçün mobil internet bir xilaskar olmuşdur. Buna misal olaraq “Vodofone”nu göstərmək olar. Onun gəlirlərinin əsas hissəsini səsli danışıqlar təşkil edir. 2010 – cu ilin dekabr ayında, üçüncü rübün sonunda “Vodofone”nun gəliri 3% artaraq £11.9 milyon olmuşdur. Bu gəlirin £8.2 milyonu səsli gəlirilərdən idi. Lakin daha sonra gəlirdə 1.4% azalma baş vermişdir. Lakin daha maraqlısı oldur ki, həmin dövrlə müqayisədə gəlirdə 27.2% artım baş vermişdir. Bu dəyişimin əsas səbəblərindən biri insanların mobil interneti yaxşı qəbul etməsi və bundan sıx istifadə etmələridir. Türkiyənin gəlirində baş verən 155% artımın 32% məhz bu sahədə olmuşdur.