İstifadəçilər seçimlərinə əsasən təsdiqlənmiş istifadəçilərdən, izlədikləri insanlardan və ünvan kitablarında olan şəxslərdən zəngləri qəbul edə biləcəklər.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, X şirkətinin baş direktoru Linda Yaccarino video zəng xüsusiyyətlərinin X-ə gələcəyini açıqlamışdı. Linda Yaccarino, "İstifadəçilər tezliklə telefon nömrəsini heç kimə vermədən platforma vasitəsilə video zənglər edə biləcəklər" - deyə qeyd edib. İlon Mask avqust ayında paylaşdığı bir yazıda X-ə video və səsli zəng funksiyalarının gəldiyini açıqlamışdı.


Paylaşılan məlumata görə; Bütün X istifadəçiləri üçün əlçatan olmaq əvəzinə, sözügedən xüsusiyyət yalnız Premium istifadəçilər üçün əlçatan olacaq. Son zamanlar investor kimi gündəmə gələn, texnologiya dünyasının tanınmış adlarından biri və məşhur Hunters of Product Hunt-dan biri olan Kris Messina bu yeni məlumatı Threads hesabında paylaşıb.