OpenAI, ChatGPT üçün yeni audio və vizual yönümlü imkanlar buraxdığını elan etdi.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu yeni funksiyalar sayəsində ChatGPT sizə nə danışdığınızı göstərə bilər və ya ChatGPT ilə səsli söhbət edə bilərsiniz.


Audio və vizual dəstək ChatGPT-dən istifadə tərzinizi də dəyişir. Beləliklə, səyahətiniz zamanı Eyfel qülləsi və ya Luvr muzeyi kimi bir şəhəri təmsil edən bir memarlıq əsərinin fotosunu çəkərək ChatGPT ilə bu barədə mənalı söhbət edə biləcəksiniz. Eyni şəkildə evdə olarkən soyuducunuzdakı məhsulların fotolarını çəkərək axşam yeməyi üçün resept istəmək də mümkündür. Siz həmçinin ondan fotoşəkillərdən istifadə edərək riyaziyyat məsələlərini həll etməyi xahiş edə bilərsiniz.


Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, ChatGPT ilə də səsli söhbət etmək imkanınız olacaq. Gəzərkən və ya hərəkət edərkən ChatGPT ilə danışa, ondan hekayə danışmasını xahiş edə və ya şam yeməyi zamanı xoş söhbətlərə ChatGPT-ni daxil edə biləcəksiniz.


Səs funksiyasına daxil olmaq üçün mobil proqramda Parametrlərdə Yeni Xüsusiyyətlərdən səsli söhbətləri seçmək kifayətdir. Yuxarı sağ küncdəki qulaqlıq düyməsi vasitəsilə bəyəndiyiniz 5 fərqli səs seçimindən birini seçərək ChatGPT-dən səslə istifadə etməyə başlaya bilərsiniz.


Növbəti 2 həftə ərzində yeni audio və vizual fokuslanmış funksiyalar tədricən ChatGPT Plus və Enterprise müştərilərinə təqdim ediləcək. Audio funksiyalar iOS və Android versiyasına gələcək olsa da, vizual xüsusiyyətlər bütün platformalarda əlçatan olacaq.