Rəqəmsal biznes xidmətləri və müştəri təcrübəsi sənayesinin liderlərindən biri olan Teleperformance Türkiyə, Gricreative ilə kommunikasiya məsləhətləri və sosial media məzmununun idarə edilməsi sahəsində əməkdaşlığa başladı.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Teleperformance dünyanın aparıcı təşkilatlarına müştəri xidmətləri, müştərilərin əldə edilməsi, texniki dəstək və borcların idarə edilməsini təmin edir.



həllər təklif edir. Hər iki şirkətin rəsmiləri gərgin rəqabətin hökm sürdüyü bir sahədə ən effektiv nəticə verəcək ünsiyyət təcrübələrini tətbiq etməyə hazır olduqlarını bildiriblər.


Gricreative haqqında:


Gricreative 2003-cü ildə qurulduğu gündən bəri ənənəvi, rəqəmsal və sosial mediada brend kommunikasiyası və veb saytların hazırlanması xidmətləri göstərir. Bir çox milli və beynəlxalq mükafatlara sahib olan agentlik strategiyaya əsaslanan kommunikasiya yanaşması, təcrübəsi, infrastrukturu, mütəxəssis işçi qüvvəsi və innovativ perspektivi ilə yaradıcı kampaniyalar və yüksək standartlı layihələr həyata keçirir.


Teleperformance haqqında:


40 ildən artıq qlobal təcrübə ilə Teleperformance 91-dən çox ölkədə inteqrasiya olunmuş müştəri xidmətləri təklif edir; 300 fərqli dil və ləhcədə texnologiya əsaslı və insan yönümlü müştəri təcrübəsi xidmətləri təqdim edərək 1200-dən çox markanı müştəriləri ilə bir araya gətirir.